Rusiya politoloqu:“Ermənistan siyasətində pat durumu yaranıb” – Müsahibə

Rusiya politoloqu:“Ermənistan siyasətində pat durumu yaranıb” – Müsahibə

 

eadaily.com,10.10.2018

 

Nikol Paşinyanın beşaylıq baş nazirliyindən sonra Ermənistan daxili siyasi böhrana üstün gəlməyib. Ermənistan baş nazirinin planına əsasən, dekabrda erkən parlament seçkiləri keçiriləcək. Amma Ermənistan, nəhayət, böhrandan çıxmağa nail olacaqmı? Rusiya politoloqu, Avrasiya İqtisadi Birliyi İnstitutunun direktoru Vladimir Lepexinin bu planda Rusiya nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

-Ermənistandakı siyasi dəyişikliklər fonunda Rusiya-Ermənistan münasibətlərinin durumunu necə dəyərləndirirsiniz? Yükəsk səviyyədə hey bildirirlər ki, ikitərəfli gündəliyin siyasi bölümü dəyişilməz qalıb, siz bu fikrə ortaqsınız?

-Ermənistan siyasətində pat durumu yaranıb. Respublikada indiki siyasi vəziyyət – köhnəyə (Serj Sərkisyanın dönəminə) qayıdışın mümkün olmadığı, amma irəli doğru hərəkətin də müşahidə olunmadığı haldır. Bu, Ermənistan-Rusiya münasibətlərinə də aiddir. Rusiya "məxməri inqilab”dan sonra dəfələrlə bildirib ki, Ermənistana münasibətdə mövqeyi dəyişilməyib. Və bu, doğrudan da, belədir. Demək yetər ki, prezident Vladimir Putin son zamanlar Nikol Paşinyanın xahişiylə onunla üç dəfə görüşüb. Rusiya dövlətinin başçısı Ermənistan lideriylə telefonla da dəfələrlə söhbətləşib. Amma Ermənistanın yeni baş naziri – onun kadr siyasəti üzrə fikir yürüdülsə – aydındır ki, ölkəni Qərbə sarı çevirir. Rusiya Paşinyandan Rusiyayönlü siyasət yürütməyi tələb etmir, sadəcə, münasibətlərdə aydınlıq və əlbəttə, bir tərəfdaş kimi Ermənistan rəhbərliyindən dostluq əhvalı istəyir. Amma aydınlıq yoxdur. Yeni hökumətdən Rusiyanın Ermənistan üçün əvvəlkitək özəl tərəfdaş olduğunun təsdiqi də yoxdur. Xüsusən də Ermənistanın NATO ilə açıq yaxınlaşması, habelə respublikanın yeni hökumətinin Ermənistan-Rusiya əməkdaşlığına ziyan olaraq Qərb ölkələri və strukturlarilə xarici siyasət təmaslarının fəallaşması bizi narahat etməyə bilməz.

Vladimir Lepexin

 

-Ermənistanda daxili siyasi qarışıqlıq saxlanır ki, bu da həm Nikol Paşinyanın kadr siyasəti, həm də erkən seçkilərin keçirilməsi məsələsilə bağlıdır. Məsələlərin belə durumu ölkəyə və Rusiya ilə ikitərəfli münasibətlərə necə təsir edə bilər?

-Kadr siyasəti haqda artıq danışdım. Ancaq əlavə edə bilərəm ki, Ermənistanın yeni rəhbərliyinin, məsələn, KTMT baş katibi Yuri Xaçaturova qarşı iddiaları indiyə qədər suallar doğurur. Anladığınız kimi, bu isə Ermənistan-Rusiya münasibətlərinin sabitliyinə meydan oxumaqdır.

Ermənistanda qarşıdakı seçkilərə gəlincə, bu, vəziyyətin qarışmasıyla birbaşa bağlı deyil. Əksinə, parlament seçkiləri cəmiyyətdə durumu sabitləşdirməyə nəzərdə tutulub, çünki Ermənistan cəmiyyətində Paşinyanın və başqa liderlərin gerçək çəkisini göstərəcək. Axı aydındır ki, Adamları dalbadal paytaxt meydanlarına çıxardan İrəvan  QHT-ləri bütün Ermənistan deyil. Bax, seçkilər də siyasi partiyaların hər birinin gerçək populyarlıq dərəcəsini göstərməyə nəzərdə tutulub.

-Nikol Paşinyan artıq dekabrda erkən palament seçkilərinin keçirilməsi haqda bəyan edib. Bu, parlamentdə təmsil olunmuş siyasi güclərin döyüşsüz təslim olmaq istəmədiyinin bu gün artıq aydın olduğu bir vaxtda daxili siyasi duruma necə təsir edəcək? Sizin fikriniz – ən yaxın aylarda Ermənistanı nə gözləyir?

-Paşinyanın artıq dekabrda seçkilər keçirmək təklifi Ermənistanda siyasi qüvvələr arasındakı hansısa gizli anlaşmaları pozur. Onun  birdən niyə tələsdiyini hamı çox gözəl başa düşür. İş burasındadır ki,  populyarlığı düşməyə başlayıb, Paşinyan isə buna görə seçkiləri mümkün qədər tez keçirmək istəyir. Amma çətin ki yeni baş naziri buna görə qınamağına dəyər. O, sadəcə, hamı kimi qələbə çalmağa can atır. Burada proqnozlaşdırmaq olar ki, hər necə olsa da, Paşinyan öz mövqeyini bərkidəcək. Xüsusən də onun arxasında duran güclər parlamenti qovmağa qədər va-banka getməyə hazırdırlar. 1993-cü ildə Rusiyada olduğu kimi.

-Ermənistanın ittiham elan edilmiş keçmiş prezidenti Robert Koçaryan bildirib ki, ölkədə diktator meydana çıxıb. Bu fikirlə razısınız?

-O qədər də yox. Hesab edirəm ki, çətin ki, Nikol Paşinyan diktator olsun, çünki bütün səlahiyyətlərə malik deyil. Ermənistan cəmiyyətinin bəzi seqmentləri (məsələn, Qarabağ və nüfuzlu xarici diasporlar) ona tabe deyil və güman etmirəm ki, ən yaxın gələcəkdə tabe olacaqlar. QHT-lərin və gəncliyin bir hissəsi öz hökumətindənsə daha çox Qərbə  baxır. Bir də Paşinyan hakimiyyətə tam legitim yolla gəlmədiyi üçün  müxalifətin bir qismi onu öz lideri saymır.

Başqa məsələdir ki, baş nazir üçün səciyyəvi olan rəhbərlik üslubu onun təkbaşına hakimiyyətə meylindən xəbər verir. Paşinyan açıqca kollektiv oyunçusu deyil.

Bu faktı da qeyd edim ki, ən yaxın illərdə Ermənistanda demokratiya yığışdırılacaq, müxalif qüvvələr təqib olunacaq. Bunu Paşinyanı hakimiyyətə gətirənlər istəyirlər və bax, o, güman etmirəm ki, onlara qarşı dura bilsin. Hesab edirəm ki, "liberal diktator” rolu onu tam qane edir. Yəni o, tam Levon Ter-Petrosyanın bənzəri ola bilər, amma çətin ki, Auqusto Pinoçet olsun.

-Aydındır ki, Nikol Paşinyan seçkiərə ancaq öz partiyasıyla gedəcək və keçmiş silahdaşlar oyundankənarda qalmaq təhlükəsindədirlər: söhbət inqilabın ilk günlərində ona əl tutmamış, amma indiyə kimi onunla eyni blokda və parlament fraksiyasında qalan Edmon Marukyan, Aram Sərkisyan haqdadır. Təkbaşına mübarizə Paşinyanı hara apara bilər?

-Siz Paşinyanın təkbaşına hakimiyyətə kökləndiyi haqda fikrimi təsdiqləyirsiniz. O, uğuru nə köhnə, nə də yeni tərəfdaşlarla bölüşmək niyyətindədir. Hər halda, hələlik. Bu ondan xəbər verir ki, xalq içində populyarlığı saxlamaq ona çox çətin olacaq. Hesab etdiyim kimi, son nəticədə Ermənistan elitasında onun çoxlu düşməni meydana çıxacaq. Amma biz ki Qərbin müxtəlif strukturlarının Ermənistanda nüfuzunun nə qədər güclü olduğunu anlayırıq, onlar isə Paşinyanı ölkə lideri postunda yetərincə uzun müddət saxlaya bilər.

-Serj Sərkisyan Ermənistan Respublika Partiyasının lideri qalmaqdadır, Robert Koçaryan böyük siyasətə qayıtmaq haqda bildirib. Parlamentdə qalmaqallı səsvermədən, nazir və qubernatorların istefasından sonra adama elə gəlirdi ki, Qagik Sarukyan da müxalifətə keçəcək, amma baş vermədi. Necə hesab edirsiniz, bütün bu şəxslər gələcəkdə parlamentdə olacaqlarmı, yaxud Ermənistanın siyasi palitrasını tam dəyişmək şansı var?

-Ermənistanın siyasi palitrasını tam dəyişmək mümkünsüzdür. Bəli, Paşinyanın və tərəfdarlarının mövqeyi əsaslı şəkildə güclənəcək. Parlamentdə xeyli yeni gənc simalar peyda olacaq. Amma, məsələn, "Çiçəklənən Ermənistan”, yeni güc adlandıra bilməyəcəyin Qagik Sarukyanın partiyası da uğur üçün yaxşı şansa malikdir.

Əminəm ki, Robert Koçaryan da yeni parlamentdə olacaq – əlbəttə, mübarizəyə ciddi köklənibsə.

Ermənistan Respublika Partiyası sual altında qalır – artıq, heç olmasa, ona əvvəlkitək Serj Sərkisyan başçılıq etdiyinə görə. Sərkisyanın partiyada birbaşa liderliyi respublikaçılara rebrendinq (brendi dəyişmək üçün tədbirlər kompleksi-red.) həyata keçirməyə və qarşıdakı seçkilərdə sanballı nəticəyə çatmağa imkan verməyəcək.

Söhbətləşdi: Liya Xocoyan

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}