8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Məktubda deyilir:
Etiraf edirəm ki, heç vaxt bu janrın pərəstişkarı olmamışam və son illər Siz Ermənistandan müxtəlif bəhanələrlə yazılan məktublara skeptik yanaşmışam. Lakin belə vəziyyət yaranıb ki, bu gün mən Sizə Rusiya Federasiyasının prezidenti kimi yox, parlamentdə çoxluq təşkil edən Ermənistan Respublika partiyasının faktiki rəhbəri kimi müraciət etməyə məcburam.
Əvvəlcədən deyirəm ki, Ermənistan-Rusiya münasibətlərinə dair öz münasibətimi 2014-cü ilin yanvarında "Gələcək əvəzində təhlükəsizlik” adlı məqaləmdə ətraflı bildirmişəm və köməkçilərinizdən xahiş edirəm ki, zəhmət çəkib mənim məktubumu Siz təqdim etsinlər, əlbətdə, "antirusiya” mövqeyi kimi.
Bildiyiniz kimi Ermənistan Respublika partiyasının lideri aprelin 23-də baş nazir postundan istefa verdi, bir neçə gün sonra isə partiya bildirdi ki, yeni lider axtarışındadır. Partiya sədrinin müavini, hazırda baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyan partiyaya rəhbərlik etmir. Bunu partiyanın onu baş nazir postuna namizəd irəli sürməməsi də təsdiqlədi.
Mayın 1-də Ermənistan parlamentində Nikol Paşinyanın baş nazir postuna namizədliyi barədə saatlarla müzakirə getdi. Bundan bir gün əvvəl şifahi razılıq əldə olunmuşdu ki, Respublika partiyası onun seçilməsinə mane olmayacaq.
Lakin mayın 1-də Respublika partiyasının nümayəndələri çıxışlarında bildirdilər ki, Paşinyanın seçilməsi qətiyyən yolverilməzdir. Və bunu Sizin rəhbərlik etdiyiniz ölkəyə birbaşa və dolayısı eyhamla dedilər. Bilmirəm onlar bunu öz təşəbbüsləri ilə etdilər, yoxsa Sizdən və köməkçilərinizdən "məsləhət” aldılar. İstənilən halda bununla razılaşsanız da, razılaşmasanız da dünən Respublika partiyasının lideri rolunda siz çıxış edirdiniz.
Bir halda ki, belədir, gəlin düznü danışaq və etiraf edək ki, Siz Respublika partiyasının lideri Serj Sərkisyana heç vaxt etibar etməmisiniz. Sizin münasibətlərinizdə ilk çat 2008-ci ilin avqust müharibəsindən bir neçə ay sonra onun Gürcüstan prezidenti Mixail Saakaşviliyə Şərəf Ordeni verməsindən sonra yarandı. Bu haqda çoxları bilirdi, amma açıq danışmırdı. Onu da danışmırdı ki, həmin ordenə görə Serj Sərkisyan Sizinlə görüşə çox çətinliklə nail olmuşdu, Novo-Oqaryevo iqamətgahında saatlarla gözləmişdi ki, Siz onu axşamdan xeyli keçmiş qəbul edəsiniz. Sonra məlum əhvalat baş verdi- Serj Sərkisyanın bir gündə qəfil fikrindən dönüb Ermənistanın Avropa İttifaqı ilə Assosiasiya sazişindən imtina edib qəfildən Avrasiya İttifaqına üzv olmaq qərarı verdi.
İnanın ki, mayın 1-də parlamentdə müzakirələrdən sonra Rusiya-Ermənistan münasibətlərinin möhkəmlənməsinin səmisi tərəfdarlarının sayı artmadı, əksinə, azaldı. Əvəzində Rusiyanın 2016-cı ilin aprelində öz hava-kosmik qoşunları ilə Azərbaycanın Qarabağda hücuma hazırlaşdığından xəbərdar olduğuna inananların sayı artdı.
Respublika partiyası indiki vəziyyətində yaşamaq qabiliyyətini itirib, hətta Siz də ona yeni nəfəs verə bilməzsiniz. Bunu ancaq partiya özü edə bilər, səhvləri etiraf edib təhlil etməklə, yeni lider seçməklə və sıfırdan başlamaqla. Sizin Rusiya və qlobal miqyasda o qədər qayğılarınız var ki, boş yerə vaxtınızı Respublika partiyasına görə itirməyin.
Hörmətli Vladimir Vladimiroviç,
Tanışlarımdan biri nə vaxtsa belə maraqlı fraza demişdi ki, "ermənilər yəqin dünyada rusları irrasional şəkildə sevən yeganə xalqdır”. Gəlin münasibətlərimizdə bu notu saxlamaq üçün çalışaq.
Ara Tadevosyan, "Mediamaks”ın direktoru
Virtualaz.org