Udmurtiyada Azərbaycan diasporu Kez rayon sakinlərini yubiley münasibətilə təbrik edib-FOTO

  

 

 

Udmurtiyada Azərbaycan diasporu Kez rayon sakinlərini yubiley münasibətilə təbrik edib-FOTO

 

Rusiya Federasiyasının Udmurt Respublikasında fəaliyyət göstərən "Dostluq” Azərbaycan İctimai Mərkəzinin və ərazi bölməsinin rəhbərləri və üzvüləri rayonun 90 illik yubileyinə və Kez qəsəbəsinin 120 illiyinə həsir olunmuş bayram tədbirinin fəal iştirakçı olmuşlar. İctimai Təşkilatdan verilən məlumata görə, bayram tədbirində iştirak edən regional qrumun rəhbəri Zülfüqar Mirzəyev Udmurt Respublikasında fəaliyyət göstərən  şəhər və rayon şöbələri və respublikada yaşayan soydaşlarımız adından rayon və qəsəbə sakinlərini bayram münasibəti ilə təbrik edərək, onlara xoşbəxtlik və firavanlıq arzulamışdır. Tədbir iştirakçıları qarşısında çıxış edən, respublika və Ümumrusiya müsabiqələrinin qalibi, "Bayram Hümbətov” adına Azərbaycan bazar məktəbinin özfəaliyyət qrubunun salisti Pərviz Mahmudovun çıxışı ö koloriti ilə  qonaqları, rayon və qəsəbə sakinlərini sevindirmişdir. Bazar məktəbində azərbaycanlı uşaqlara milli rəqslərimizi örgədən rəqs müəllimi Allahverdi Allahverdiyev bayram iştirakçıları ilə master-klas keçirmişdir.Qeyd etmək lazımdır ki, Rusiya Federasiyasının digər regionlarında olduğu kimi Udmurt Respublikasında fəaliyyət göstərən "Dostluq” Azərbaycan İctimai Mərkəzi 1998-ci ildən fəaliyyət göstərir. Ötən illər ərzində İctimai Mərkəzin respublikanın 10 şəhər və rayonunda şöbələri yaradılmışdır. Rəsmi məlumatlara görə bu gün Udmurtya Respublikasında daimi yaşayan soydaşlarımızın sayı on mindən çoxdur.

 

   A.Məmmədli,

 "Yeni Sözcü” qəzeti

 

Udmurtiyada Azərbaycan diasporu Kez rayon sakinlərini yubiley münasibətilə təbrik edib-FOTO

 

Udmurtiyada Azərbaycan diasporu Kez rayon sakinlərini yubiley münasibətilə təbrik edib-FOTO

 


 

 


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}