Hacıqabulda "Mercedes"lə "Niva" toqquşdu: 5 nəfər xəsarət aldı

 

Bakl-Qazax magistral yolunun Hacıqabul rayonunun Qızılburun kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı, 99 GP 393 dövlət nömrə nişanlı avtomobillə "Niva" markalı, 40 BF 306 dövlət nömrə nişanlı maşın toqquşub.

APA-nın xəbərinə görə, nəticədə "Mersedes" yolayırıcındakı metal səddə çırpılıb. Qəza zamanı avtomobildə olan 5 nəfər - Bakı sakinləri, 1953-cü il təvəllüdlü Qasımova Rəhilə Məmməd qızı, 1962-ci il təvəllüdlü İsmayılov Hətəm Kazım oğlu, 1962-ci il təvəllüdlü Mirzəyev Vidadi Əyyub oğlu, 1985-ci il təvəllüdlü Aslanov Amid Aslan oğlu və Quba sakini, 1977-ci il Cəlilov Hafiz Sabir oğlu xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}