Bakı Dövlət Universiteti Rusiyanın 12 universiteti ilə memorandum imzalayıb

Bakı Dövlət Universiteti Rusiyanın 12 universiteti ilə memorandum imzalayıbBu gün Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunma mərasimi keçirilib. Azərbaycan təhsil naziri Mikayıl Cabbarov, Rusiyanın təhsil və elm naziri Dmitri Livanov, habelə hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı iləkeçirilən tədbirdə ölkələr arası humanitar, elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeydedilib.
Tədbir çərçivəsində Bakı Dövlət Universiteti ilə Rusiyanın 12 universitetiarasında anlaşma memorandumu imzalanıb. Rusiya Dövlət Humanitar Universiteti, Rusiya Dövlət Peşəkar-Pedaqoji Universiteti, Çeçen Dövlət Universiteti, Ufa Dövlət Neft-Texniki Universiteti, Moskva Dövlət Humanitar-İqtisadi Universiteti, Ulyanovsk Dövlət Universiteti, Kursk Dövlət Texniki Universiteti, Ural Dövlət Dağ-Mədən Universiteti, Şimali-Qafqaz Federal Universiteti, Dağıstan Dövlət Texniki Universiteti, Petrozavodsk Dövlət Universiteti, Moskva Fizika-Texnologiya İnstitutu ilə imzalanan memorandumlarda birgə mühazirələrin oxunması, elmi tədqiqatların aparılması, pedaqogika, tədris metodikası, ali təhsilin strukturu məsələlərində təcrübə və informasiya mübadiləsi nəzərdə tutulur. Bundan başqa,tələbə, tədqiqatçı və doktorantların mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım, birgə simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı memorandumlarda öz əksini tapıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}