​Bakıda ərinin xəyanətini yaxalayan qadından ŞOK SÖZLƏR: “Onu öldürəcəkdim”

​Bakıda ərinin xəyanətini yaxalayan qadından ŞOK SÖZLƏR: “Onu öldürəcəkdim”

 

Bakıda həyat yoldaşı narkotik aludəçisi olan gənc qadın yaşadığı məişət zorakılığından danışıb.

Sozcu .info xəbər verir ki, A24.az-a öz həyat hekayəsindən bəhs edən qadın bir övladı ilə çətin günlər yaşadığını bildirib.

"19 yaşımda sevdiyim oğlanla qoşulub qaçdım. Sonra bizim toyumuz oldu. Mən onun narkoman olduğunu bilmirdim. Müxtəlif dərmanlar içirdi. Mən soruşanda, deyirdi ki, ağrı kəsicidir, həkim yazıb. Sonra bir gün qəzaya düşdük. Onun sükan arxasında ürəyi getmişdi. O gündən sonra bildim ki, yoldaşım narkotik vasitələrdən istifadə edir. Elə ən pis günlərimiz də bundan sonra başladı. Evdəki bütün əşyaları satıb narkotika alırdı. Məni hər gün döyüb, qohumlardan pul istəməyimi tələb edirdi. Üzümdə iz qalmasın deyə ancaq başıma vururdu. Bir vaxta qədər dözdüm. Bir dəfə atamgildə bir neçə gün qaldıqdan sonra evə qayıtdım. Otaqda istifadə edilmiş qoruyucu gördüm. Amma yoldaşım xəyanəti boynuna almadı. Hələ də inana bilmirəm ki, o, günlər geridə qalıb. Evdən qaçıb getdim. Mən evdən getməsəydim, onu öldürəcəkdim”.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}