18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Böyük Britaniya Kral Dəniz Qüvvələri əsgərlərə yerdən bir neçə metr hündürlükdə uçaraq hərəkət etməyə imkan verən xüsusi geyim dəstinin sınaqlarını keçirir.
Sozcu.info -un məlumatına görə, uçuş dəsti sürətli manevr etməyə, mina və maneəli sahələrdən keçməyə imkan verəcək.
"Gravity Industries” şirkəti tərəfindən yaradılan uçuş kostyumu hazırda Limpstondakı Xüsusi Təyinatlı Tədris Mərkəzində sınaqdan çıxarılır.
5 mühərrikə malik uçuş dəstinin kreyser sürəti 22.35 m/saniyədir. Bu qurğunun yaxın iki il ərzində sınaqlarının tamamlanması və xüsusi təyinatlılara verilməsi nəzərdə tutulur./"AzeriDefence”/