Xocalı yaddaşımda


 

Xocalı yaddaşımda

 

Deyirlər uşaqlıq xatirələri ən gözəl, ən ülvi hisslərlə bağlı olur. Razılaşaram, amma bir şərtlə. Gərək bu uşaqlıq 92-də Xocalıda keçməyə...

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə, ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğal olunması etnik Azərbaycanlılara qarşı törədilmiş soyqırımıdır.

Mən, İsmayılov Fuad Əbülfət oğlu, 1984-cü ildə Xocalı şəhərində anadan olmuşam. Xocalı faciəsi baş verən vaxt 8 yaşım olmasına baxmayaraq, gördüklərim bir-bir yaddaşıma həkk olunub. Uşaqların donması, döyülərək öldürülməsi, hamilə qadınların qarınlarının kəsilməsi, qocaların yaralı ah-nalələri, hərbi geyimdə olan sakinlərə xüsusi şiddətlə işgəncə verilməsi, ailə üzvlərini tamamən itirən anaların hayqırtısı...

Əsirlikdə olmuş anama da sual verəndə deyir: "Mən şəhid qızıyam, gördüyüm əzablar yaddaşımdan silinməz. Yerdə dizə qədər qalxmış qarın üstündə donub qalmış cəsədlərin üzərindən keçərək hara getdiyimiz bilmirdik. Bu böyük faciə, soyqırımı insanlığa xas olmayan bir vəhşiliklə törədilmişdi. Erməni qatillər bilsinlər ki, Azərbaycan-Türk oğulları bu qisası yerdə qoymayacaqlar...”

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}