Avtovağzal ərazisində yolun çökməsinə süni təpəciklər səbəb ola bilər - Açıqlama

Avtovağzal ərazisində yolun çökməsinə süni təpəciklər səbəb ola bilər - Açıqlama"Avtovağzal ərazisində yolun bir hissəsində baş verən sürüşmə ilə bağlı yekun nəticə bu gün axşam üstü məlum olacaq”.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

O qeyd edib ki, ərazidə Tikintiyə Dövlət Nəzarəti Agentliyinin nümayəndələri işləyir, sürüşmənin səbəbləri araşdırılır və gələcəkdə sürüşmə olmaması üçün yolun konstruksiyalarını yoxlayırlar:
“Sürüşməyə səbəb kimi həmin ərazidə yaradılan suni təpəciklərin yaradılması versiyası da ola bilər, bunu dəqiqləşdirmək lazımdır.

O versiyanı oxudum, onu ekspertlər dəqiqləşdirəcək, onların rəyinə görə ikinci akt tərtib olunub, Agentliyin rəhbərliyinə veriləcək və onlar da öz növbəsində daha yuxarılara təqdim edəcəklər. Bu və başqa səbəblər ola bilər.

Dünən Tikinti Təhlükəsizlik Dövlət Agentliyinin iki institutu - S.Dadaşov adına Elmi Tədqiqat və Layihə Konstruktor və Azərbaycan Dövlət Layihə institutlarının ekspertləri işləyib, onlar da ilkin akt tərtib ediblər. Bu gün aqreqatlarla gediblər və orada işlər davam edir”.

Oktyabrın 7-də Bakı-Sumqayıt yolunda sürüşmə baş verib. Sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.

Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib. Sürüşmə nəticəsində yolun Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında da böyük çatlar əmələ gəlib, yolun ortasından avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}