Böyük dələduzluq

Böyük dələduzluq

 

   Altı il bundan əvvəl ''Meliorasiya və Su Təsərrüfatı'' ASC-nin sifarişi, Dünya Bankının maliyyə dəstəyi ilə podratçı təşkilat ''ART-Akkort'' Masallı rayonunun Güllütəpə və Tatyanoba kəndlərinin ərazisində yaşayan yüzə yaxın vətəndaşın mülkiyyətində olan pay torpağından qonşu Cəlilabad rayonuna böyük diametrli borularla içməli su xətti çəkib. Torpaq mülkiyyətçiləri ilə heç bir müqavilə imzalanmadan, onların rəyi nəzərə alınmadan əkinə yararlı torpaqlar qazılaraq tam yararsız vəziyyətə salınıb. Altı ildir ki, sahibkarlar öz torpaqlarından məhsul götürə bilmir, ailə büdcələrinə külli miqdarda ziyan dəyir. Torpaq mülkiyyətçilərinə dəyən ziyana görə kompensasiya ödənilməli olduğu halda, layihəni icra edənlər düz 6 ildir ki, vətəndaşları aldadır, bu gün-sabaha salaraq dələduzluq yolu ilə milyonlarla manat vəsaiti mənimsəyiblər. 
   Konstitusiyada göstərilir ki, əgər vətəndaşın mülkiyyətində olan ərazidə dövlət əhəmiyyətli iş görülərsə, dövlət mülkiyyətçiyə dəyən ziyanı tam ödəməlidir. Bəs sual olunur, ay Əhməd Əhmədzadə, bu qədər suvarma idarələrində xalqın mülkün taladın, doymadın, mülkiyyətçilərin haqqını niyə vermək istəmirsən, dövlət adına gördüyün işi müqaviləsiz, qeyri-qanuni yolla həyata keçirirsən?
   Mülkiyyətçilərin Əhməd Əhmədzadəyə yazdığı məktuba cavabda qeyd olunur ki, mülkiyyətçilərə 20 illik servitut üçün kompensasiya, tikinti müddətində məhsul itkisi və qazılmış hissədə torpaqların münbitliyinin 2 il ərzində bərpası üçün kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Ay Əhməd Əhmədzadə, bəs niyə dediyinə əməl etmirsən, camaatın kompensasiyasını 6 ildir ki,ödəmirsən? Yüz ailənin haqqını necə yedin?
   Aldığımız qeyri-rəsmi məlumatlara görə bu layihəni icra edənlər torpaq mülkiyyətçisinə çatacaq vəsaiti yerli qurumlarla əlbir olub mənimsəyiblər. Ümid edirik ki, korrupsiyaya bulaşmış bu təşkilatların Masallı rayonunun ərazisindəki fəaliyyəti ciddi araşdırılacaq, dələduzlar cəzasını, mülkiyyətçilər haqqını alacaqlar.

  Şahin Səmədli,
Sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}