İqtisadi kabus yaxınlaşır

İqtisadi kabus yaxınlaşırÖlkə sosial böhranın astanasındadır. 2016-cı il sosial böharn ili olacaq.
Neftin sürətlə ücuzlaşması ölkə iqtisadiiyatı üçün çox ciddi fəsadlar verəcəyi ilə bağlı xəbərdarlıqları zamanında diqqətə almayan hökumətin bundan sonra atacağı addımların da effekti çox guman ki, olmayacaq. Əgər 2015-ci ilin əvvələrində hökumət iqtisadi islahatlara başlasa, monopoliya ilə mübarizədə real addımlar atsaydı 2016-cı ilin büdcəsində çox iri məbləğdə ixtisar etməkdən yayına bilərdi. Lakin 2015-ci ilin əvvəlində edilən xəbərdarlıqları nəzərə almayan hökumətin indiki yalançı təmkinliliyi onun reallıq hissini itirdiyindən xəbər verir. Belə görünür ki, hökumət hələ də neftin qiymətinin ucuzlaşdığının və indi yaranmış vəziyyətin hələ bir neçə il davam edə biləcəyinin fərqində deyil. Görünür hökumətdə hələ də neftin bahalaşacağına ümid edirlər. Hökumətin təmkinli, hətta özündən razı addımlarını müşahidə edəndə adama elə gəlir ki, hökumət sadə insanların bilmədiyi hansısa məlumatlara malikdir və qısa müddətdə neftin qiymətinin bahalaşacağına ümid edir. Hökumətin belə özündən razı siyasətini başqa cürə izah etmək mümkün deyil. Dünya birjalarında isə neftin qiyməti 08 dekabr 2015-ci il tarixində daha da aşağı düşərək Azərbaycan və bir çox hasilatçı ölkələr üçün kritik səviyyəyə-40 dollara yaxınlaşıb. Ekspertlər hesab edir ki, neftin qiymətində növbəti kəskin ucuzlaşma dalğası ötən həftə OPEC-in qəbul etdiyi qərarın təsiri ilə başlayıb. OPEK-ə daxil olan ölkələrin neft nazirlərinin ötən həftə, Vyanada bir araya gələrək, hasilat məsələlərini müzakirə etdilər. Ancaq gözləntilərin əksinə olaraq müzakirələr hasilatın azaldılması ilə nəticələnmədi. OPEK gözləntilərin əksinə olaraq günə 31.5 milyon barel neft hasilatı tempini olduğu kimi saxlamağa qərar verdi. Bu qərar isə bazarda təklifin tələbi xeyli üstələdiyi və neft anbarlarının dolub-daşdığı, treyderlərin əllərindəki nefti açıq dənizlərdə kirayələdikləri tankerlərdə saxlamağa məcbur olduqları bir vaxtda qiymətlərin başı aşağı yuvarlanmasını sürətləndirdi. Bu həftənin ilk hərraclarında London birjasında "Brent” markalı neft son 6 ildə ən aşağı qiymətə satılıb. Azərbaycanın "Azəri Light” markalı nefti hazırda "Brent” markalı neftdən cəmi 70-80 sent baha satılır. Hansı ki, əvvəllər bu fərq 2-2,5 dollar təşkil edirdi. Neft bazarlarında qiymətin ucuzlaşması ilə yanaşı , həmdə müxtəlif markalı "qara qızıl”ın qiymətləri arasında fərqin azalması da artıq dayanmaq bilmir. Ekspertlər bunu Səudiyyə Ərəbistanının Avropa bazarlarını ucuz neftlə doldurmağa başlaması ilə izah edirlər. Yeri gəlmişkən qeyd edək ki, bu gün neft bazarında müşahidə olunan məqamlardan biri də iri neft istehsalçılarının, ilk növbədə Səudiyyə Ərəbistanın bazarlara ucuz neft çıxarmaqla onları ələ keçirmək cəhdidir. Artıq Səudiyyə Ərəbistanın Rusiyanı bəzi Avropa ölkələrindən vurub çıxarması haqqında xəbərlər gəlir. Rusiya bu məsələni ən yüksək səviyyədə müzakirə etməyə cəhd etsə də, Səuddiyə Ərəbistanı bundan yayınır və öz siyasətini davam etdirir. Belə görünür ki, bazarlar uğrunda mübarizə neft istehsalını azaltmağa imkan verməyəcək. Bunu Səudiyyə Ərəbistanı ilə yanaşı Rusiyanın da neft hasilatını azaltmaqdan imtina etməsi də təsdiqləyir. Bazarlar uğrunda mübarizə neftə tələbatın azaldığı və qiymətlərin ucuzlaşdığı indiki zamanda yeganə xilas yolu kimi görünür. Burada Səudiyyə Ərəbistanı və Rusiya arasında gedən mübarizəyə tezliklə İran da qoşulacaq. Dekabrın 15-də İranın üzərindən sanksiyalar götürüldükdən sonra Tehran istehsalatı və ixracatı kəskin artırmaq niyyətindədir. Son aylarda İran neft hasilatını artırır. Artıq üç aydır ki, İarnın neft istehsalı artır. Tehran rəsmiləri isə bu artımı 500 min barrelə çatdırmağı planlaşdırırlar. Hətta rəsmi Tehranın neft istehsalını bir milyon barrel artırmaq planlaşdırması ilə bağlı xəbərlər var. İranın Neft naziri Bijan Zanqani iə bir müddət əvvəl verdiyi açıqlamada ölkəsinin neft hasilatını artırmaq üçün OPEK-dən icazə almayacağını ilə bağlı sərt fikirlər də işlətmişdi. Belə görünür ki, neft bazarında hamının hamıya qarşı mübarizəsi başlayıb və Azərbaycan kimi ölkələr nəhəng neft istehsalçılarının müəyyən etdiyi oyun qaydasını oynamağa məcburdur. Bu oyunun isə bircə qaydası var. Hər kəs soyuq havada közü öz qabağına çəkməyə çalışır. Ancaq istək başqa, realı başqadır. Əgər Səudiyyə Ərəbistanı Rusiyanı ənənəvi bazarlarından vurub çıxarırsa və neftin fərqli markaları arasında qiymət fərqin itirməyə qadirdirsə, oyunu kimin udacağını müəyyən etmək çətin deyil. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan hökuməti sanki bunların fərqində deyil və inkişaf haqqında nəğmələr oxumaqdan yorulmur. Neft Fondunun və Mərkəzi Bankın valyuta ehtiyyatlarının sürətlə əriməsi də Azərbaycan hökumətini reallıqları düşünməyə vadar edə bilmir. Bu arada isə neftin qiymətinin 30 dollara, hətta 20 dolara qədər düşə biləcəyi haqqında xəbərdarlıqlardır. Hazırda proseslər bu bədbin ssenari üzrə inkişaf etməkdədir.
Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsində göstərilmiş proqnoz qiymətindən - 50 dollardan hazırda 10 dollar aşağıdır. Neftin bir barrelinin 40 dollara enməsi gələn il üçün hazırlanan "böhran büdcəsi” üzrə xərcləri daha da məhdudlaşdırmağı tələb edəcək . Bu isə ölkənin sosial böhrana girməsinə səbəb ola bilər. Qeyd edık ki, ölkənin sosial böhranın astanasında olmasını göstərən bir çox məqamlar mövcuddur. Daşınmaz əmlak və avto nəqliyyat bazarında, banklarda yaşananlar ölkənin sosial böhran astanasında olduğunu göstərir. Lakin iqtisadi böhranın yaxınlaşması haqqında bir il əvvəl edilən xəbərdarlıqları nəzərə alamayan hökumət indi də ölkənin sosial böhranın astanasında olması fikirini, ümumiyyətlə yaxına buraxmır. Ancaq hökumətin yanaşmasından asılı olamayaraq iqtisadi böhran dərinləşir və sosial böhranın əlamətləri artmağa başlayır. Çox guman ki, 2016-cı il sosial böharn ili olacaq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}