Ölənlərin bu dünyada qalmış krediti ümidsiz sayılacaq –YENİ QAYDALAR AÇIQLANDI

Ölənlərin bu dünyada qalmış krediti ümidsiz sayılacaq –YENİ QAYDALAR AÇIQLANDI

 

Banklarda istehlak kreditlərinin qaytarılması 0-30 gün gecikdikdə qənaətbəxş, 31-90 gün gecikdikdə nəzarət altında olan, 91-120 gün gecikdikdə qeyri-qənaətbəxş sayılacaq.

FED.az xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi və gələn il mayın 29-da qüvvəyə minəcək "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda əksini tapıb.

İstehlak kreditinin qaytarılması 121-150 gün gecikdirildikdə təhlükəli, 150 gündən artıq gecikdirildikdə isə ümidsiz sayılacaq.

Aşağıdakı hallarda istehlak kreditləri yerləşdirildiyi anda qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir:

– borcalanın son 6 ay ərzində vaxtı keçmiş krediti olduqda;

– borcalanın və ya birgə borcalanlar qrupu üzvlərinin gəlirlərinin cəmi və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən aşağı olduqda (bu Qaydalara 1 saylı Əlavədə müəyyən edilmiş qaydada hesablanır);

– həyatın yığım sığortası əsasında verilmiş kreditlər istisna olmaqla müqavilə şərtlərinə əsasən faizlərin ödənilməsi dövriliyi 90 gündən çox olduqda;

– borcun gəlirlərə nisbəti əmsalı 45%-dən artıq olduqda:

Sonuncu halla bağlı istisnalar da var. Bura xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov (saxlanc) qoyulmuş bank metalları çıxış etdikdə kreditin təminata olan nisbəti (KTN əmsalı) 90%-dən çox olmadığı, milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və banka girov (saxlanc) qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadığı və milli valyutada istehlak kreditləri üzrə təminat qismində banka girov (saxlanc) qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) çıxış etdikdə KTN əmsalı 70%-dən çox olmadığı hallar daxildir.

Borcalan vəfat etdikdə, Mülki Məcəllədə müəyyən olunmuş qaydada ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, yaxud öhdəliyini icra etməyən borcalanı tapmaq mümkün olmadıqda ("Əməliyyat-axtarış fəaliyyəti haqqında”  qanuna müvafiq olaraq həmin şəxs haqqında axtarış tədbirlərinə başlandıqda) istehlak krediti ümidsiz aktiv kimi təsnifləşdiriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti