“İstanbulda kütləvi saxtakarlıqlar olub, heç kim 13-14 min səs fərqi ilə özünü qalib saymasın...”

“İstanbulda kütləvi saxtakarlıqlar olub, heç kim 13-14 min səs fərqi ilə özünü qalib saymasın...”

 

Sozcu.info xəbər verir ki, Moskva səfəri astanasında Atatürk Hava Limanının Dövlət Qonaq Evində jurnalistlərin suallarına cavab verən Türkiyə prezidenti R.T.Ərdoğan deyib:"Qayda pozuntusu var. Həm də bəzi yerlərdə yox, az qala tam şəkildə. Belə bir vəziyyət yarandığı üçün bu müraciətlər edildi. Bundan əvvəl də bildirdiyim kimi, bu işdəki seçim prosesi bitib. Bundan sonrakı mərhələ məhkəmə prosesidir. Bildiyiniz kimi, mühakimə prosesinin rəhbəri Ali Seçki Şurasıdır. Bu, təkcə AKP-yə aid olan bir şey deyil. Bizlər, qəlbini bizə vermiş bütün xalqımızın öz demokratik hüquqlarından istifadə məsələsində müdafiəçi olmalıyıq. Buna məcburuq. Çünki biz burada bəzi mütəşəkkil cinayətlərin törədildiyini gördük. Görənlər var. Bizlər də siyasi partiya olaraq, mütəşəkkil şəkildə bəzi əməllərin törədilyini aşkara çıxarmışıq. Zatən Ali Seçki Şurasına gedərkən bu sənədləri aparmışıq. Hətta televiziya, kamera vasitəsilə çəkilmiş faktlar var. Bütün bu dəllilərlə birlikdə bunları da aşkar edəcəyik: harada, necə və hansı saxtakarlıqlar edilib? Boş ərazidə, tarlalar ünvan kimi göstərilməklə. Daha əsaslı dəlillər ola bilərmi? Bu addımı atacağıq. Ortada 320 - 330 bin civarında etibarsız səs var. Bizim Ali Seçki Şurasının qərarını gözləməyimiz ən təbii hüququmuzdur. Keçmişdə Yalovada, Ağrıda bənzər hallar olmuşdu. Amerikada yüzdə bir faiz kimi problemli səs sayı olduqda, görürsünüz ki, yenidən seçkilər keçirilir”.

"Heç kim 13-14 min fərqlə seçkidə qalib gəldim deyə öyünə bilməz”

İstanbulda 10 milyon nəfərdən artıq seçicinin olduğunu xatırladan Ərdoğan deyib: "10 milyon nəfərdən artıq seçicinin olduğu İstanbulda heç kəs ayağa durub 13-14 min səs fərqi ilə seçkidə qalib gəldim deyə, öyünə bilməz. Etirazlar bitər, Ali Seçki Şurası nəticəni elan edər, ondan sonra çıxan qərarın gözümüz üstə yeri var. Məsələ bu qədər sadədir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}