Rusiya Türkiyəyə nota verdi

Rusiya Türkiyəyə nota verdiRusiyanın Xarici İşlər Nazirliyi Türkiyənin Moskvadakı səfiri Ümid Yardımı nazirliyə çağırıb.

Səfirə "Su-24” təyyarəsinin vurulması ilə bağlı Rusiyanın nota sənədi təqdim edilib. Rusiya Müdafiə Nazirliyi Türkiyə-Suriya sərhədində "Su-24” təyyarəsinin vurulması ilə əlaqədar ikinci dəfə açıqlama verib. Nazirlik təyyarənin vurulmasını yalnış addım adlandırıb.

Nazirlik rəsmisi həmçinin, oxşar vəziyyətdə qarşı tərəfə veriləcək qarşılıq barədə layihə hazırlandığını vurğulayıb. Açıqlamada Türkiyənin hərbi attaşesinə rəsmi etiraz notası verildiyi bildirilib.

Xatırladaq ki, ötən gün Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24” döyüş təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16” qırıcıları tərəfindən vurulub.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}