Ərdoğan ABŞ-a xəbərdarlıq edib:“Qırıcıların Türkiyəyə təhvil verilməsi lazımdır”

Ərdoğan ABŞ-a xəbərdarlıq edib:“Qırıcıların Türkiyəyə təhvil verilməsi lazımdır”

 

"Biz ABŞ-la imzalanan müqaviləyə uyğun olaraq, 900 milyon dollar ödəmişik. "F-35” qırıcılarının Türkiyəyə təhvil verilməsi lazımdır”.

"Report” "Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, dünya artıq tək bir ölkədən ibarət deyil: "Əgər ABŞ qırıcıları Türkiyəyə təhvil verməsə, başqa ölkədən alacağıq. Yaxud qırıcıları özümüz istehsal edə bilərik”.

R.T.Ərdoğan terrorçuluqla mübarizə məsələsində ölkəsindən nə tələb olunduğunu da açıqlayıb: "Bütün terror təşkilatları ölkəmizi soyub talasın, işğal etsin, lakin biz əlimiz-qolumuz bağlı şəkildə oturaqmı?! Hər kəsə terrorla mübarizə aparmağa imkan verilir, ancaq məsələ Türkiyəyə gələndə birdən-birə işin mahiyyəti dəyişir. Biz Suriyadan həyata keçirilən hücumlar qarşısında təkbaşına buraxılmış ölkəyik. Hava hücumundan müdafiə sistemləri bizə verilmədi. Hətta Türkiyəyə satmadıqları silahları təmənnasız şəkildə terror qruplaşmalarına verdilər. Biz alternativ axtaranda isə dərhal qarşımızı kəsib deyirlər ki, bunu edə bilməsiniz. Bizim belə yanaşmaları qəbul etməyimiz mümkün deyil. Türkiyənin Rusiya istehsalı olan "S-400” hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Bununla bağlı müqavilə bağlamışıq və qısa zamanda onları alacağıq. Türkiyənin layihə ortağı olduğu "F-35”lərə də, eləcə də özümüzün istehsal etdiyimiz təyyarələrə də ehtiyacı var. Bunu bizə verərlər, verməzlər bilmirəm. Amma "F-35”lərin Türkiyəyə veriləcəyi təqdirdə anlaşmaya əməl etdiklərini təsdiqləmiş olarlar”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}