“Mehman Əliyev olayı” bir çox məmurun sonunu gətirəcək

 

 

Od yox idisə, göztökən tüstü nəymiş?

  


Avqustun 25-də Vergilər Nazirliyi Turan İnformasiya Agentliyi ilə bağlı məlumat yaydı.Məlumatda deyilirdi ki, Vergilər Nazirliyi "Turan İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətdə vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. "İstintaq zamanı "Turan İnformasiya Agentliyi" MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlət  mənafelərinə ciddi zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə, xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə keçirməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib. Agentliyin direktoru M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülərək, Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilib”.

Mehman Əliyev isə ittihamları qəti şəkildə rədd edərək, onları siyasi motivli adlandırmşdı. Bu olayın ardınca ölkə daxilində və xaricində Mehman Əliyevin azad edilməsi  tələbi ilə çağrışlar səsləndi. Bu istiqamətdə ən ciddi çağrış ABŞ Dövlət Departamentinin "Turan İnformasiya Agentliyidirektorunun həbsi ilə bağlı bəyanat idi.

ABŞ Dövlət Departamentinin veb saytında, Departamentin sözçüsü Heather Nauert-in adından dərc edilən bəyanatda deyilirdi: "Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – "Turan İnformasiya Agentliyi”nin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk”.

Heather Nauert, ABŞ Dövlət Departamenti adından, Azərbaycan hökümətini beynəlxalq səviyyədə və ATƏT qarşısında götürülmüş öhdəliklərinə uyğun olaraq, "Mehman Əliyevi və fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbs edilən digərləri dərhal azadlığa buraxmağa”da çağırmışdı. Bır sıra beynəlxalq təşkilatlarvə qurumlarMehman Əliyevin həbsini azad mətbuatın təqibi kimi qəbul edərək pisləmişdi.

Bakıda isə Siyasi qüvvələrin nümayəndələri, vətəndaş cəmiyyəti və media təmsilçiləri Mehman Əliyevin azad olunması üçün xüsusi komitə yaratdılar.

Günlər ötdükcə Qərbdən Mehman Əliyevin azad olunmasıilə bağlı tələblər sərtləşməyə başladı. Belə görünürdü ki, Qərb bu dəfə Azərbaycan hakimiyyəti ilə ciddi danışığa başlayıb.

Həmin günlərdə Bakıda bir qrup tanınmış ziyalı - Yazıçılar Birliyinin sədri Anar, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, kinorejissor və ssenarist Ramiz Fətəliyev, "Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas-alim Fərda Əsədov, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli prezident İlham Əliyevə müraciət edərək Mehman Əliyev barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsinə kömək göstərilməsini  xahış etdi. Bu müraciət belə təəssürat yaratdı ki, hakimiyyət "Mehman Əliyev olayı”nın böyüməsində maraqlı deyil. Lakin gözləntilər özünü doğrultmadı. Bir qrup tanınmış ziyalının müraciəti cavabsız qaldı.

Sentyabrın 6-da Bakının Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə "Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində olan həbs qəti imkan tədbirinin girovla əvəz edilməsi ilə bağlı verilmiş vəsatətə bağlı qapalı məhkəmə iclası  keçirildi. Ancaq məhkəmə müdafiə tərəfinin bütün vəsatətlərini rədd edərək Mehman Əliyev haqqında həbs qətiimkan tədbirinidəyişməkdən imtina etdi. Belə görünürdü ki, Mehman Əliyev həbsdə qalacaq.

Ancaq ABŞ senatoru Dik Durbin Mehman Əliyevin həbsinə görə məsuliyyət daşıyan rəsmilərə sanksiya tətbiq olunması təklifi ilə sənədi Senata təqdim etdi. Sənədə görə, Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmaq qadağan edilirdi. Sənəd Senatın Xarici Əməliyyatlar və Büdcə Komitəsində müzakirə edilərək qəbul olunduqdan sonra Bakıda da vəziyyət dəyişməyə başladı.

Mehman Əliyev onun barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Azərbaycan prezidenti İlham Əliyevə etdiyi müraciəti əsas götürən dövlət başçısı hüquq-mühafizə orqanlarına Mehman Əliyevin müraciətinə baxılmasını tapşırdı. Yasamal məhkəməsinin 11 sentyabrda keçirilən iclasında "Turan İnformasiya Agentliyi”nin direktoru Mehman Əliyev barəsində həbs qətimkan qərarı dəyişdirilidi.

ABŞ başda olmaqla Qərb bu addımı dəstəkləsə də Mehman Əliyev, barəsində istintaqa son qoyulmasını və "Turan İnformasiya Agentliyi”nin faəliyyətinin bərpa olunmasını tələb etdi.

                              “Mehman Əliyev olayı” bir çox məmurun sonunu gətirəcək

 Sentyabrın 16-da isə Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə özü tərəfindən "Turan İnformasiya Agentliyi”nə təyin etdiyi 37 min manat (22 min dollar) məbləğində əlavə vergi sanksiyasını ləğv etməsi ilə bağlı məlumat yayıldı. "Turan”dan verilən məlumatda deyilirdi ki, Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib. Bu barədə qurum informasiya agentliyinə rəsmi məktubla məlumat verib.Beləliklə, 2010-2016-cı illər üzrə əlavə vergi hesablanması barədə qərarın ləğv edilməsi ilə "Тuran” agentliyinə qarşı cinayət işinin hüquqi əsası da aradan qalxmış oldu.

Ortada qalan isə Azərbaycan hakimiyyətinin imicinə vurulan zərbə, ABŞ Senatında rəsmi sənəd halına gələn sanksiya tələbi və beynəlxalq təşkilatların təzyiqlərinin artması oldu.İndi birçoxlarını belə bir sual düşündürür. Bütün  baş verənlərə görə kim məsuliyyət daşıyacaq?

Məlumata görə, yaxın günlərdə heç bir siyasi zərurət olmadığı  halda "Mehman Əliyev olayı”nı yaradaraq bütün dünyanın diqqətin Azərbaycan hakimiyyətinin üstünə çəkilməsinə səbəb olan Vergilər Nazirliyinin rəhbərliyi kəskin cəzalandırılacaq. Belə ki, nazir Fazil Məmmədov başda olmaqla Vergilər Nazirliyinin bəzi rəhbər şəxsləri vəzifələrindən azad ediləcək.Həttabəzi işçilər haqqında istintaq da başlaya bilər. Ancaq bunlar  son olmaya da bilər. "Mehman Əliyev olayı”nın yaratdığı qalmaqal hökumətdə də istefalara səbəb ola bilər.

A.Nəbiyev,

"Yeni Sözçü” qəzeti


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}