“Vəzifə təyinatında iki əsas klan arasında müəyyən gərginliklər olacaq” - PARTİYA SƏDRİ

“Vəzifə təyinatında iki əsas klan arasında müəyyən gərginliklər olacaq” - PARTİYA SƏDRİ

 

"Növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas səbəbi 1-ci vitse-prezidentin timsalında Paşayevlərin rəsmi olaraq prezident kürsüsünə yiyələnməsinin qarşısını almaq olub. Bununla həm daxili, həm də maraqlı xarici qüvvələr oyundankənar vəziyyətə salınıb. İndiyədək söylənilən diğər söyləntilər əsas səbəb deyil”.

Hurriyyet.org xəbər verir ki, bu barədə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev"feysbuk” səhifəsində açıqlayıb.

"Müxalifətin oyundankənar vəziyyətə salınması əsas səbəb deyil”

"Ölkədəki ağır iqtisadi-sosial vəziyyətə, böyük xalq narazılığına baxmayaraq, etiraf edək ki, müxalifətin oyundankənar vəziyyətə salınması da əsas səbəb deyil. Çünki hərtərəfli zəiflədilmiş, pərakəndə vəziyyətə salınmış müxalifət mövcud reallıqlar çərçivəsində yalnız İlham Əliyev və onun nəzarətində olan dövlət strukturları ilə deyil, onu hakimiyyətdə saxlamağa qərarlı iri güclərlə də mübarizə aparmalı idi ki, buna da güc çatdırmaq indiki şəraitdə sadəcə mümkün deyil. Qalanı texniki işlərdir... Seçki təyinatından dərhal sonra bəzi "müxalif” liderlərin növbədənkənar seçkiləri qanuni elan etmələri də,yaradıcı təşkilatların, dindarların, hiyləgərcə region donu geyənlərin İlham Əliyevin namizədliyini vaxtından əvvəl dəstəkləmələri də, dalbadal namizədlərin irəli sürülməsi də texniki işlərdir. Hacı Əbdülün Maştağada tədbir keçirməsinə şərait yaratmaq isə məzələnməkdən başqa bir şey deyil”, - deyə partiya sədri vurğulayıb.

"Yeni parlament seçkiləri keçiriləcək”

E. Musayev prezident seçkilərindən sonrakı gözləntilərini də paylaşıb: "İlham Əliyev prezident kürsüsünə yenidən sahib olandan sonra qeydiyyatdan keçmiş bütün namizədlər onu təbrik edəcək, o da öz növbəsində "qələbə” nitqində ənənəvi olaraq birillik AXC hakimiyyətini söyəcək. Bəzi siyasi məhbusları azad edəcək, yerlərinə başqalarını içəri salacaq. Vəzifə təyinatında iki əsas klan arasında müəyyən gərginliklər olacaq. Yeni parlament seçkiləri keçiriləcək və s... Amma Avropadakı, Amerikadakı müxaliflərin də timsalında daha radikal, daha sərt təpkilərlə üz-üzə qalacaq. 7 il dözə biləcəkmi? Bunu isə zaman göstərəcək”.

Cavid, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}