18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.
Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Natiq Əmirov vergilər nazirinin birinci müavinidir. 1967-ci ildə Dəvəçi rayonunda anadan olub.1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirib. Vergi sistemind müxtəlif vəzifələrdə işləyib, 2009-cu ildə vergilər nazirinin birinci müavini təyin edilib.