Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi həbs olundu

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.

Sozcu.info xəbər verir ki, general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə N. Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir./APA


Oxşar Xəbərlər

Xəbər lenti