Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Sabunçu rayon 2-ci Zabrat qəsəbəsinin, xüsusilə H. Araslı küçələri ərazisinin uzun müddətdir üzləşdiyi zibil problemi həm sanitar vəziyyəti, həm də yerli sakinlərin gündəlik həyat keyfiyyətini ciddi şəkildə aşağı salır. Zibil konteynerlərinin vaxtında boşaldılmaması, tullantıların yığılması və yay aylarında qoxu, həşərat və xəstəlik riski yaratması əhalidə narazılığın pik həddə çatmasına səbəb olur.
Ərazidə zibilin yığılması sistemli şəkildə həyata keçirilmədiyi üçün konteynerlər tez dolur, tullantılar küçələrə dağılır, bu da həm ekoloji tarazlığa, həm də ictimai sağlamlığa təhlükə yaradır. Belə vəziyyət xüsusən uşaqlar, yaşlı sakinlər və allergiyadan əziyyət çəkən insanlar üçün təhlükəlidir.
Sakinlərdən alınan məlumata görə, özünü “Kamaxoz” adlı birliyin müdiri kimi təqdim edən Kamran adlı şəxs əhalidən zibilin yığılması üçün 10–15 manat məbləğində pul tələb edir. Bu proseslə bağlı bir neçə ciddi problem mövcuddur:
Pul rəsmi qəbz təqdim edilmədən yığılır;
Bu xidmətin hansı qurumun balansında olduğu aydın deyil;
Yığılan vəsaitlərin hara və necə xərcləndiyi barədə şəffaflıq yoxdur;
Qanunvericiliyə əsasən, tullantıların yığılması üzrə xidmət haqqı yalnız bələdiyyə və ya rəsmi kommunal strukturlar tərəfindən müəyyən edilə bilər. Bu cür fəaliyyətlər həm vətəndaş hüquqlarının pozulması, həm də dövlət nəzarətindən kənar maliyyə dövriyyəsi kimi qiymətləndirilir. Məlumatlara əsasən, məsələ ilə bağlı “Mənzil Kommunal Təsərrüfat Birliyi”nin rəhbəri Məmmədov Rəcəb Rəfail oğlu ilə görüşmək istəsək də, nə telefon əlaqəsi yarada bildik, nə də iş vaxtı otağında tapmaq mümkün olmamışdır. Bu isə idarəetmədə şəffaflığın olmaması,vətəndaş müraciətlərinə cavab verilməməsi,kommunal xidmətlərə nəzarətin zəifləməsi kimi problemlərin mövcudluğunu göstərir. Sosial narazılıq və hüquqi qeyri-müəyyənlik vətəndaşlardan sorğu əsasında əlavə ödəniş tələb edilməsi, lakin bununla paralel olaraq zibil xidmətinin yenə də keyfiyyətsiz göstərilməsi narazılığı gücləndirir. Bu qeyri-müəyyənlik əhalidə həm hüquqi, həm də sosial baxımdan ciddi suallar yaradır:
1. Ödəniş niyə və kim tərəfindən tələb olunur?
2. Xidmət niyə rəsmi sənədləşdirilmir?
3. Zibil yığımı üçün ayrılan dövlət və bələdiyyə vəsaitləri hara yönəldilir?
Bu suallar cavabsız qaldıqca problem daha da dərinləşir.
Ünvanlanmalı əsas suallar
1.Zibil yığımı üçün vətəndaşlardan toplanan vəsaitlərə rəsmi qəbz verilirmi?
2.“Kamaxoz” adlı qurumun bu xidməti göstərməsi və pul yığmasının hüquqi əsası varmı?
3.Təmizlik xidmətlərinin müntəzəm həyata keçirilməsi üçün hansı idarəetmə mexanizmləri mövcuddur?
4.Yığılan vəsaitlərin xərclənməsi barədə ictimai hesabatlıq varmı?
Afət Məmmədova Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.