Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
MİQ üzrə vakant yerlərin SİYAHISI
Nazir hesabat verdi
Əvvəlki
Sonrakı
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Postsovet məkanı ölkələrinin kiril əlifbasından latına sürətli keçidi nə ilə bağlıdır? -
ARAŞDIRMA
Rusiyanın postsovet məkanında üzləşdiyi problemlərin sırasına daha biri əlavə olunur. Bu məkana daxil olan ölkələrin sürətlə kiril əlifbasından çıxıb latına keçmələri artıq qarşısıalınmaz prosesə çevrilib.
SSRİ dağıldıqdan sonra onun varisi qismində çıxış edən Moskva bu ölkələrin ərazisində süni münaqişə ocaqları yaratdı və məqsədi də bəlli idi – müstəqil olmağa çalışan dövlətləri öz təsir dairəsində saxlamaq. Üstündən 30 il keçməsinə baxmayaraq, bu münaqişələr həllini tapmayıb. Məhz Kremlin yeritdiyi siyasətin nəticəsidir ki, indi bu dövlətlər çıxış yolunu sürətlə Moskvadan uzaqlaşmaqda görür. Buna nail olacaqlarmı? İndidən nə isə söyləmək və proqnozlaşdırmaq çox çətindir. Bir faktı bildirək ki, hazırda kiril əlifbası arealı sürətlə azalır. İndi yalnız bu ölkələrdə - Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Qırğızıstan, Şimali Makedoniya, Monqolustan, Rusiya, Serbiya, Tacikistan və Monteneqroda kiril əlifbası istifadə olunur.
Xatırladaq ki, SSRİ-nin dağılması ilə kiril əlifbasından uzaqlaşan Moldovanın ardınca, Azərbaycan, Türkmənistan əlifbalarını dəyişdi və sürətlə latınlaşma prosesinə start verdilər. Bəs nədən daha çox ölkə kirildən latına keçməyə üstünlük verir? Bu qərar nə ilə bağlıdır – bu, özünümüdafiə, yaxud ondan uzaqlaşmaq əlamətidir? Belə götürəndə, bu ölkələrdə slavyan əlifbası heç vaxt "doğma" da olmayıb. Bəllidir ki, artıq Özbəkistan və Qazaxıstan rus əlifbasından uzaqlaşmaq barədə qərara imza atıb. Qırğızıstan parlamentinin deputatları latın əlifbasına keçid məsələsini qaldırsalar da, keçmiş prezident Almazbəy Atambayev buna qarşı çıxdı. Lakin deputatlar israrlı görünür. "Kiril əlifbası Qırğızıstana texnologiyaları inkişaf etdirməyə mane olur, ölkənin müasirləşməsinin qarşısını alır” - deyə keçmiş deputat Kanıbek İmanəliyev deyib. O, kiril əlifbasını Qırğızıstanın əqli irsi adlandırsa da, 2030-2040-cı illərə kimi latın əlifbasına keçidin zəruri olacağını deyib.
İndi isə latın əlifbalı ölkə olmaq arzusunu Ukrayna da bəyan edib. Bununla da, Ukrayna ilə Rusiya arasında saysız-hesabsız problemlərin sırasına daha biri də əlavə olunub. Bu ideyanın müəllifləri əmindirlər - latın əlifbası fonetik cəhətdən Ukrayna dilinə daha yaxındır. Lakin hədəf heç də bu deyil. Ukrayna əbədi düşməni olaraq gördüyü Rusiya ilə yaxınlığı birdəfəlik kəsməyə çalışır. Dil islahatı problemli şəkildə ölkənin ən müxtəlif dairələrində müzakirə olunur, təkliflər səslənir. Hələ ki, bu məsələ müzakirə səviyyəsində olsa da, yaxın gələcək üçün bunun reallaşması mümkün olmaya bilər. Müzakirəni Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov ortaya atıb. Ondan əvvəl isə bu ideyanı keçmiş xarici işlər naziri Pavel Klimkin qaldırmışdı. Bir neçə ay əvvəl isə latın əlifbasına keçidin məqsədyönlülüyünü Ukrayna Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda qaldırıblar. Onlar yazıçı Sergey Pilippenkonun doğum gününün 135 illiyi ilə bağlı yaydıqları müraciətdə də buna yer ayırıblar. Bu şəxs vaxtilə kiril əlifbasından latına keçidin təşəbbüskarı kimi çıxış etmiş, nümayişkaranə şəkildə latın-Ukrayna dilində yazırdı. Lakin o zaman onun təşəbbüsü geniş dəstək qazanmadı. İndi isə nəzərə alsaq ki, ölkə Rusiya ilə müharibə həddindədir, torpaqlarının çox hissəsi işğal olunub, o zaman onun aktual əhəmiyyət kəsb edəcəyi gözlənilir. İdeyanın əleyhdarları hesab edirlər ki, bu məsələni qısa zamanda reallaşdırmaq mümkün deyil.
Uzunmüddətli perspektivdə bəlkə də onu reallaşdırmaq olar. Lakin əlifbadan sürətlə imtina etmək elə də asan olmayacaq. Ölkənin şərq hissəsində Rusiyanın, rus dilinin ciddi dayaqları mövcuddur. Qəti şəkildə Rusiyanın mental, mədəni və informasiya təsirindən çıxmaq asan deyil. Buna baxmayaraq, illər uzunudur ki, ölkənin qərb vilayətlərindən olan siyasətçilər, mədəniyyət xadimləri, şair və yazıçılar əlifba məsələsini qabardır. Onlar əmindirlər ki, latınlaşma Ukraynanı Avropaya daha da yaxınlaşdıracaq.
Artıq sosial şəbəkələrdə aktiv şəkildə “Latın əlifbasına keçəcəyəm - Ukrayna dilini xilas edəcəyəm” şüarları ilə aksiyalar keçirilir. Məsələn, lvovlu rəssam Vlodko Kostırko latın dilində bir neçə məqalə dərc edib, yeni sözlərdən ibarət lüğət də tərtib edib. Məsələn, "kompüter”, "ofis" sözlərinin əvəzləyicilərini tapıb. İdeyanın tərəfdarlarının, hətta Ukrayna dilinin transliterasiyası layihələri də var. İstənilən halda, razılaşmaq gərəkdir ki, latın əlifbası ilə planet əhalisinin 42 faizi və 70 ölkəsi yazıb-yaradır. Kiril əlifbası isə bu sırada latın, Çin, heroqlif və ərəb əlifbasından sonrakı yeri tutur. Kiril əlifbasından planet əhalisinin cəmi 3 faizi, təqribən 250 milyon insan istifadə edir.
Latın əlifbasına keçidin tərəfdarları əmindirlər ki, bu cür dəyişikliklər bir sivilizasiya seçimidir. Bu, həm də Rusiyanın mental, mədəni, informasiya və iqtisadi təsirindən çıxmaq deməkdir. Məsələn, götürək Qazaxıstanı. Bu ölkədə sözün əsl mənasında qazax dilinin assimilyasiyası prosesi gedirdi. Ölkənin ümummilli lideri Nursultan Nazarbayev də bu təhlükəni nəzərə alaraq əlifbanın dəyişdirilməsi prosesinə start verdi. Artıq dövlət qulluqçuları üçün qazax dilinin məcburi öyrənilməsi qanuniləşib. Və əslində rus şovinistlərinin iddia etdiyi kimi söhbət heç də latın əlifbalı Türkiyənin bölgədə nüfuzunun güclənməsindən getmir. Sadəcə bu proses istənilən sivil və müstəqil dövlətin çoxdan həyata keçirməli olduğu vacib məsələdir.
Oxşar Xəbərlər
Kremlin imperiya arzuları: Moskva hegemonluğunu saxlaya biləcək?
Postsovet məkanı yeni qeyri-stabillik dövrü ərəfəsindədir
Nazarbayev qazax dilinin latın qrafikalı yeni əlifbasını təsdiqləyib
Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma: Ölənlər var
Xəbər lenti
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
Goranboyda AĞIR QƏZA:
ÖLƏNLƏR və yaralılar varFOTO
Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər
Narkotik şəbəkəsi ifşa edildi –
qadın və kişi saxlanıldı
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…
İran-İsrail davası neft qiymətlərini kəskin dəyişdi
Türkiyə yeni Konstitusiyaya doğru!
Sabah Sumqayıtda su kəsiləcək
Emin ilk dəfə atasının ikinci evliliyindən DANIŞDI
Sən demə, bu məşhur tərəvəz qızıla bərabər imiş
DSX MƏLUMAT YAYDI -
Saxlanılanlar var (FOTO)
Evdə ən az elektrik işlədən cihazlar açıqlandı
Süni intellekt “super peyvənd” hazırladı
İran ABŞ bazalarını hədəf aldı
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? —
AÇIQLAMA
Dollar və manatla bağlı risk var? —
AÇIQLAMA
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…
Sabah Sumqayıtda su kəsiləcək