8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ödəniş vaxta görə təyin edilməlidir. Çox qalsa çox, az qalmış olsa az ödəməlidirlər. 2 manat avtomobilini orada 5-6 saat park edənlər üçün əlverişli ola bilər.
Bu sözləri Axar.az-a Yarat İncəsənət Mərkəzi də daxil olmaqla, Bulvar ərazisinə bir neçə dəqiqəlik giriş üçün avtomobillərdən 2 manat tələb edilməsi ilə bağlı danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
O bildirib ki, hətta dünyanın ən bahalı hava limanlarında əraziyə giriş bir neçə dəqiqə çəkirsə, pulsuzdur.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir.
Bulvar İdarəsi isə saytımıza açıqlamasında əraziyə hətta bir neçə saniyəlik giriş üçün də 2 manat ödənilməsi barədə qərar olduğunu təsdiqləyib.