31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
14-10-2025, 22:23
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “AQRO-VEST DC” MMC-nin ərizəsi ilə “Araz Supermarket” MMC və “OBA Market” MMC barəsində iş qaldırıb.Sozcu.info FED.az-a istinadla xəbər verir ki, iddia “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.İşin ümumi halı “AQRO-VEST DC” MMC-yə məxsus “Янтарь”, “Янтарный свет”, “Дары янтаря” və “Янтарный край” əmtəə nişanlarından “Araz Supermarket” MMC və “OBA Market” MMC tərəfindən qanunsuz istifadə edilməsi əlamətləri üzrədir.Dövlət Xidməti işə 30.08.2022-ci il tarixində, saat 15:00-da baxacaq.