Şəhid analarını təhqir edən Fuad Muradovla bağlı niyə tədbir görülmür? - FOTOFAKT

Şəhid analarını təhqir edən Fuad Muradovla bağlı niyə tədbir görülmür?
Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən Fuad Muradov şəhid analarını təhqir edib.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, onun fotosundan istifadə edən Muradov Fuad profili “Azad söz”ün feysbuk vasitəsilə şəhidin evindən paylaşdığı canlı yayıma şəhid anaları ilə bağlı təhqiredici şərh yazıb.
Məsələ qısa müddətdə sosial şəbəkələrdə gündəmə çevrilib və istifadəçilər tərəfindən sərt tənqid olunub. Bir çox insan hüquq mühafizə orqanlarının rəsmi hesablarını işarələyərək Fuad Muradovla bağlı tədbir görülməsini tələb edib.
Qeyd edək ki, artıq sözügedən şərh və Muradov Fuad profili mövcud deyil.
Hadisədən artıq 3 gün keçməsinə baxmayaraq rəsmi qurumlar tərəfindən heç bir addım atılmayıb.
Məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Şəhid analarını təhqir edən Fuad Muradovla bağlı niyə tədbir görülmür?

Xatırladaq ki, Fuad Muradov daha əvvəl də buna oxşar addım atmış, mitinqdə iştirak edən şəhid anaları ilə bağlı müzakirələrə səbəb olan şərh yazmışdı.

Şəhid analarını təhqir edən Fuad Muradovla bağlı niyə tədbir görülmür?



Oxşar Xəbərlər

Xəbər lenti