Sumqayıtda qanunsuz ağac kəsimi ilə bağlı toplanmış Baş Prokurorluğa göndərilib


Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 104 ünvanında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Bu barədə Sozcu.info-ya Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan “Azərstone” MMC tərəfindən kəsildiyi və təbiətə 26100 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib: “Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}