8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İki gündür ki, Naxçıvanda Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının xüsusi əməliyyat keçirdiyi bildirilir. Əməliyyat nəticəsində MR-nın gömrük komitəsinin bəzi vəzifəli şəxslərinin həbs olunduğu da söylənilir.
DİA.AZ bildirir ki, əslində bu kimi əməliyyatlar gözlənilən idi.
Çünki neçə müddət idi ki, buna açıq tədarük gedirdi. Naxçıvandakı dövlət qurumlarında aparılan sürətli islahatlar, habelə Naxçıvan Xanı Vasif Talıbova qarşı hakimiyyət dairələrinin neqativ münasibət sərgiləməsi belə deməyə əsas yaradırdı. Neqativlik son olaraq Talıbovun YAP-ın 30 illik tədbirinə buraxılmaması ilə bir daha nümayiş olundu.
Bunları qeyd edən məlumatlı mənbə dia.az-a bildirir ki, Naxçıvanda həbslər davam edəcək və hələ daha bir neçə dövlət qurumunda anoloji prosesi gözləməliyik.
Bu arada isə DİA.AZ-a Naxçıvanda daha bir yeyinti faktı ilə bağlı məlumatlar daxil olub. Xəbərlərdən belə aydın olur ki, Naxçıvanda birbaşa olaraq MR-nın Ədliyyə Naziri Daşqın Rəhimovun göstərişi ilə hər evlənən cütlükdən aşkar surətdə 20 manat rüsum alınır ki, bunu da hansısa formada izah edə bilmirlər.
Amma bir az cəsarətli olan ƏN işçiləri qeyd edirlər ki, hər evlənən cütlükdən 20 manatı onlar şəxsən Ədliyyə naziri Daşqın müəllim üçün yığırlar: "Nazirin boynumuza qoyduğu tasdır. İndi nə edək, kimsə evlənəcək deyə, onun Daşqın müəllimə çatacaq şirinliyini öz cibimizdən verək?"
Onu da qeyd edək ki, ƏN işçilərinin bu izahatı yerli sakinlər tərəfindən ironiya ilə qarşılanıb. Şərhlərdə deyilir: "Nigah evlərinin qabağına nəzir qutusu qoyulsun və üzərində "nazir Daşqın Rəhimov üçün şirinlik kassası, minimum məbləğ 20 manat" yazılsın"...
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...