8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
Bu gün general-mayor Oqtay Kərimov daxili işlər naziri Vilayət Eyvazovun müavini təyin edilib.
Sozcu.info xəbər verir ki, o, yeni vəzifədə 70 yaşı tamam olan general-leytenant Oruc Zalovu əvəz edib.
Oqtay Kərimov daha əvvəl Daxili Qoşunlarda Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb. O, daha sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. Az sonra isə O.Kərimov həmin idarənin rəisi təyin edilib.
Oqtay Kərimov 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2018-ci ildə isə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Oxu.az