Naxçıvanda “telefon pulu” Bakıdan niyə bahadır?


Muxtar Respublikasının sakinləri stasionar aylıq telefon ödənişinə 3.85 manat ödəyirlər

Naxçıvan şəhər sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Şikayətçilər Naxçıvanda stasionar telefonun aylıq abunə haqqından və avtobuşda gediş-gəliş haqqlarının yüksək olmasından narazıdırlar.

Şikayətçilər iddia edir ki, Naxçıvan Muxtar Respublikasında aylıq abunə haqqları və avtobuslarda gediş haqları paytaxt Bakıdan bahadır.

“Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifinin qəbul edilməsi qərara alınıb. Qeyd olunan hər iki qərar 1 noyabr 2022-ci il tarixindən qüvvədədir.

Lakin Naxçıvan sakinləri aylıq telefon ödənişinə 3.85 qəpik ödəniş edirlər. Şikayətçilər aylıq telefon ödənişini etdikləri zaman, yetkili şəxslərə sual verdikdə ki, biz niyə 0.35 qəpik artıq ödənişlər edirik? Onlara cavab olaraq “bizə də yuxarıdan tapşırıblar” deyirlər.

Daha bir gülməli məqam da ondan ibarətdir ki, şəhərdən kəndə zəng vurduqda da əlavə olaraq 1 AZN ödəyirik. Bu qədər özbaşınalıq illərdir davam edir. Çox təəssüf ki, bununla maraqlanan yoxdur.

Eyni özbaşınalıq avtobuslarda da başımıza gəlir. Bakıda məsafədən asılı olaraq dəyişən qiymətlərə rast gəlinsə də, biz az məsafə yol getsək də 040 qəpik ödəniş edirik.

Bunu “qanun” edib, biz əhaliyə tətbiq edən insanlara demək istəyirik ki,  əmək haqqını 250-300 AZN-dən artıq vermirsiniz, amma belə qanunlar tətbiq edirsiniz.

Sizlərdən xahiş edirik ki, bu məsələni ışıqlandırın, bəlkə bu qanunsuzluğu da aradan qaldıralar”.


Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}