Valideynlərdən pul niyə yığılır? - “Vəsait məktəblərə gəlib çıxmır, yollarda “itir””

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, son illər davamlı olaraq bir sıra məktəb direktorunun rüşvət tələb etməsi ilə bağlı məlumatlar yayılır. Məsələn, son illər adları rüşvətlə bağlı hallanan belə məktəb direktorları sırasında, Balaxanı qəsəbəsi, C.Cahangirov adına 4 saylı tam orta məktəbin, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorları var. Son günlərdə isə sosial şəbəkələrdə Naftalan şəhəri İ.Nəsimi adına 1 saylı məktəbin direktoru qrupa səs ataraq şagird və valideynlərdən summativ qiymətlərinin yazılması üçün pul tələb etməsi kimi kimi faktlar yayılmışdı. Bu kimi faktların sayı çoxdur. Ancaq maraqlı məqam odur ki, məktəb direktorları artıq bu kimi faktların aşkarlandığını bilsələr də, belə hallara yol verməkdən çəkinmirlər. O da bir faktdır ki, məktəblərin əksəriyyətində bəzi texniki vasitələr, o cümlədən printer, kağız kimi ləvazimatları valideynlər özləri almalı olurlar. Yəni məktəb rəhbərləri həmin məsələlərin həlli üçün şagirdlərə, valideynlərə üz tutur. Yəni digər “məqsədləri” nəzərə almasaq, direktorlar adətən məktəb problemlərini bu üsulla “həll etdiklərini” əsas göstərirlər.

Baş verən proseslər isə nəinki onların nüfuzuna xələl gətirir, məktəbdəki bu problemlər qalacağı təqdirdə neqativ halların da davam edəcəyini göstərir.

Bəs məktəb direktorlarının neqativ hallara yol verməsinə səbəb nədir, əməkhaqqının azlığı, yoxsa məktəbin həll olunmayan problemləri?

Hurriyyet.az-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, bügünlərdə haqqında məlumat yayılan Ağdam Musiqi Kolleci Mədəniyyət Nazirliyinin tabeliyindədir və bu qurumun tabeliyində olan müəssisələrdəki özbaşınalıq, neqativ hallar Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən qat-qat çoxdur:azlığı, yoxsa məktəbin həll olunmayan problemləri?

Hurriyyet.az-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, bügünlərdə haqqında məlumat yayılan Ağdam Musiqi Kolleci Mədəniyyət Nazirliyinin tabeliyindədir və bu qurumun tabeliyində olan müəssisələrdəki özbaşınalıq, neqativ hallar Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən qat-qat çoxdur:

“Baxmayaraq ki, məktəbdir, onu da Elm və Təhsil Nazirliyinin ayağına yazmaq doğru deyil. O ki qaldı məktəb direktorları ilə bağlı neqativ halların son vaxtlar yenidən gündəmə gəlməsinə, bu, bir neçə amillə bağlıdır. Belə ki,hansı nazirliyin tabeliyində olmasından asılı olmayaraq, təhsil müəssisələrinin idarə olunmasında ciddi boşluqlar var. Bu, məsələnin bir tərəfidir. İkincisi isə məktəb rəhbərlərinin əməkhaqqının çox aşağı olmasıdır. Hazırkı vəziyyətdə məktəb direktorunun maaşı 1500 manatdan başlamalıdır. Çox təəssüf ki, bizdə hələ onun yarısını reallaşdıra bilirik. Nazirlər Kabinetinin 11 iyun 2016-cı il tarixli 270 nömrəli qərarı ilə ümumtəhsil məktəblərinin direktorlarının əməkhaqqı 799 manatdır. Məktəbəqədər təhsil müəssisələri, bağçalarda 450 manatdır. Musiqi məktəblərində də əməkhaqqı 500 manatdan aşağıdır”.

Ekspert deyir ki, digər tərəfdən problem məktəb direktorlarının böyük əksəriyyətinin qeyri-peşəkarlığıdır:

məktəb direktorlarının böyük əksəriyyətinin qeyri-peşəkarlığıdır:

“Baxmayaraq ki, son 5-6 ildə məktəb direktorları imtahanlarla işə qəbul olunur, ancaq seçim prosesi düzgün aparılmır. Yəni bu imtahanlardan uğur qazanan şəxslər ən azı 6 aylıq əlavə təhsilə cəlb olunduqdan, tam kadr kimi hazırlandıqdan sonra məktəblərə göndərilməlidir. Bir çox hallarda hələ də təhsil idarəetmə orqanlarındakı müəyyən şəxslər təyin olunan məktəb direktorlarını neqativ yollara cəlb edirlər. Ümumiyyətlə, təhsil elə bir sahədir ki, kompleks yanaşma tələb edir. İstər məktəb rəhbərlərinin peşəkarlığı, istər sosial müdafiəsi, istərsə də təhsilin idarəetmə orqanlarında nəzarət və idarəetmə sisteminin düzgün qurulması kompleks şəkildə aparılarsa, yaxın gələcəkdə müəyyən nəticələr əldə edə bilərik”.

Ekspert deyir ki, təhsil ölkə büdcəsidən ayrılan vəsaitlə bağlı ilk beşlikdə yer alır:

“Artıq təhsilə ayrılan vəsait 4 milyardı keçib. Ayrılan vəsaitin məktəbə gedib çıxması və yaxud da məktəblərin sifarişlərinin vaxtında yerinə yetirilməsində, lazım olan avadanlıqların, məhsulların verilməsində ciddi problemlər var. Bu sahədə təhsil idarəetmə orqanlarında- istər regional təhsil idarələri, istərsə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi olsun- maliyyə- təchizat bölmələrinə nəzarət edən sistem yoxdur. Bir çox hallarda məktəb direktorlarını günahlandırırıq. Hazırda summativ qiymətləndirmə keçirilməlidir. Bunun keçirilməsi üçün bütün məktəblərdə printer və kağızlar varmı? Ən azı dekabr ayından bunun monitorinqi aparılmalıdır. Məktəblər Lazım olan miqdarda kağız və printerlə təmin olunmalı idi. Təbii ki, məktəb direktorundan iş tələb olunur. Bir çox hallarda müəllimlərə, valideyn komitələrinə, son nəticədə valideynlərə gəlib çıxır. Yəni ayrılan vəsait məktəblərə gəlib çıxmır, yollarda “itir”. Maya dəyərindən 10, bəzən də 20 qat baha qiymətlə sənədləşdirilir, ancaq o da gedib məktəbə çıxmır”.




Oxşar Xəbərlər

Xəbər lenti