Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Xocalı Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini qeyr-rəsmi olaraq icra başçısının müavini kimi vətəndaşları qəbul edir.Sozcu.info-nun Qaynarinfo-ya istinadən məlumatına görə, Əliyev Vahid Surxay oğlu 10 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının sədri seçildiyi üçün icra başçısının müavini vəzifəsindən azad edilib.İcra Hakimiyyəti başçısının müavini - Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə isə bu günədək təyinat olmayıb.Amma vətəndaşları İcra Hakimiyyəti başçısının müavini - Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini kimi Allahverdiyev Bəxtiyar Füzuli oğlu qəbul edir.Bəxtiyar Allahverdiyev isə icra başçısı Şahmar Usubovun qeyri-rəsmi tapşırığı ilə başçının müavini - Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edir.Xocalı Rayon İcra Hakimiyyətindən məlumatı təsdiqləsələr də, bildirilib ki, sözügedən vəzifəyə hələlik təyinat yoxdur.