VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Qazaxıstanlı dələduz azərbaycanlıları necə aldadır?- ARAŞDIRMA


Qazaxıstan vətəndaşı olan şəxs, soydaşlarımızı kriptoticarət ilə milyonçu olacağına inandırıb saxta yolla onların pullarını mənimsəyir.
Sozcu.info xəbər verir ki , Azinform.Az saytının redaksiyasına daxil olan məlumat əsasında araşdırma aparmağa başladıq. Telegram sosial şəbəkə mesencerində özünə hesab açan kriptoticarətlə "məşğul" olan şəxslə yazışdıq.
Özünü Murad Quliyev kimi təqdim edən şəxs azərbaycan vətəndaşı olduğunu deyir və ilk olaraq 100 manat depozit istəyir. Daha sonra 14 gün keçdikdə yazır ki, siz, 2000 manat qazanmısınız və bunun vergisini ödəmək lazımdır. Siz 1000 manat göndərin bütün xərcləri və mənim 30% əlhaqqımı ödəyin ondan sonra vəsait kartınıza oturacaq. Bütün bunlardan sonra zəmanət istəyəndə saxta şəkildə hazırladığı şəxsiyyət vəsiqəsini göndərir. Araşdırılan zaman şəxsiyyət vəsiqəsinin fin kodu və nömrəsi ilə uyğunlaşan heç bir azərbaycan vətəndaşı olmadığı ortaya çıxdı.
Bundan sonra şəxsdən mobil nömrə istəsək də o, qeyd etdiki, şəxsi nömrəsini paylaşa bilməz. Daha sonra göndərdiyi bank kartı nömrəsini araşdırdıq. Məlum oldu ki, kart Qazaxıstan Respublikasına aiddir. Nəticədə şəxs barədə heçbir məlumata sahib ola bilmədiyimizdən onun dələduz olduğu qənaətinə gəldik və özünə bu barədə məlumat verdik. Bundan sonra bizi söyərək iqnor etdiyinə görə məsələ tam olaraq həllini tapdı. Məlum oldu ki, ilk olaraq 100 manat daha sonra 1000 manat ümumilikdə isə 1100 manat hər bir şəxsdən dələduzluq yolu ilə pul mənimsəyir.
Sonda vətəndaşlarımızdan xahiş edirik onlayn şəkildə heç kimə güvənərək varlanmaq vədlərinə inanmasınlar. Pullarınızı heç bir karta heç bir əsas olmadan göndərməyin.
Yazışma və araşdırmalar zamanı əldə etdiyimiz məlumatları sizinlə bölüşürük:

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Qazaxıstanlı dələduz azərbaycanlıları necə aldadır?- ARAŞDIRMA

 

 



Oxşar Xəbərlər

Xəbər lenti