8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti inzibati bina sahəsinin icarəsi üçün elan etdiyi tenderə yekun vurub.Müsabiqənin qalibi fərdi sahibkar Qiyasov Alim Yusif oğludur. Xidmətlə sahibkar arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 169.428,6 AZN təşkil edəcək.Tenderin şərtlərindən məlum olur ki, inzibati bina sahəsi Xidmətin aparatı üçün icarə götürülür. İcarə müddəti isə 6 aydır. Beləliklə, aydın olur ki, Xidmət sahibkara icarə haqqı olaraq hər ay üçün 28 231 AZN ödəyəcək. Binanın sahəsi isə 1980 kvadratmetrdir.Alim Qiyasova gəlincə, onun adı yerli mediada iş adamı kimi keçir. O, bu ilin yanvarında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın da inzibati bina sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı keçirdiyi tenderin də qalibi olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 347 814 AZN-dir.Onunla bağlı açıq mənbələrdə bundan başqa hər hansı məlumata rast gəlinmir. //Qaynarinfo//