Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Azərbaycanın hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. O, 2019-cu ilin oktyabrın 23-dən bu vəzifədə çalışır.Ona qədər isə 6 nəfər müxtəlif illərdə ölkənin iqtisadi sektoruna rəhbərlik ediblər. Onu da qeyd edək ki, iqtisadiyyat üzrə nazirliklər müstəqillik illərində fərqli adlarla fəaliyyət göstərib. Belə ki, 1992-ci ilin aprelində təsis olunan nazirlik ilk olaraq İqtisadiyyat Nazirliyi adlandırılıb. 2001-2013-cü illərdə bu nazirliyin bazası əsasın İqtisadi İnkişaf Nazirliyi fəaliyyət göstərib. 2013-2016-ci illərdə isə müvafiq qurum İqtisadiyyat və Sənaye Nazirliyi adlandırılıb.Bizim.Media sabiq iqtisadiyyat nazirlərinin indi harada olduğunu araşdırıb.Əli MəsimliAzərbaycanın ilk iqtisadiyyat naziri Əli Məsimli olub. O, 1993-cü ilin fevralın 5-dən aprelin 28-nə qədər ölkənin Baş naziri olub. 1993-cü ilin aprelin 29-dan sentyabrın 1-nə kimi isə iqtisadiyyat naziri vəzifəsini icra edib. Hazırda Milli Məclisin deputatıdır.Səməd SadıqovOndan sonra iqtisadiyyat naziri postu Səməd Sadıqova həvalə edilib. O, 1 sentyabr 1993-cü ildən 18 noyabr 1996-cı ilə qədər bu vəzifədə çalışıb. Vəfat edib.Namiq NəsrullayevNamiq Nəsrullayev 1996-2001-ci illər arasında iqtisadiyyat naziri olub. 2001-2007-ci illərdə Hesablama Palatasının sədri vəzifəsində işləyib. 2023-cü ilin yanvarın 17-də 77 yaşında vəfat edib.Fərhad Əliyev2001-2005-ci illərdə ölkənin İqtisadiyyat Nazirliyi Fərhad Əliyevə havələ edilib. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ilin 14 oktyabrında Azərbaycan Prezidentinin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilir. Sabiq iqtisadi inkişaf naziri 2016-cı ildən Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir.Heydər Babayev2005-ci ildən 2008-ci ilə qədər iqtisadiyyat naziri Heydər Babayev olub. Hazırda bizneslə məşğul olduğunu bildirilir. Onun Azərbaycanda və xaricdə biznesinin olduğu deyilir. Heydər Babayev "ABU Petrol” və "AB Standard” holdinqin sahiblərindən biridir.Şahin Mustafayev2008-2013-cü illərdə iqtisadi inkişaf, 2013-2016-cı illərdə iqtisadiyyat və sənaye, 2016-2019-cu illərdə isə iqtisadiyyat naziri vəzifəsini Şahin Mustafayev icra edib. Nazir vəzifəsindən azad edildikdən sonra o, Baş nazirin müavini təyin olunub. Şahin Mustafayev hazırda da Baş nazirin müavini vəzifəsini icra edir.