HAKİM NİYƏ İNTİHAR EDİB? - Dəhşətli hadisənin təfərrüatı məlum oldu


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsinin səbəbləri barədə bir-birini təkzib edən xəbərlər yayılır. Hətta onun öldürülə biləcəyi ehtimalı da irəli sürülür.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, məlum olub ki, hakimin intiharına səbəb ailə münaqişəsi olub. Həyat yoldaşı ilə boşanma ərəfəsində olan R.Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir.

Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Hətta bundan əvvəl də intihara cəhd etdiyi bildirilir.

R.Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkib.

Qeyd edək ki, R.Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq canına qıyıb.

***

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.

Sozcu.info xəbər verir ki, Rahib Salmanov bu gün günortaya qədər işdə olub, bir sıra məhkəmə işlərinə baxıb. Lakin günortadan sonrakı prosesləri təxirə salaraq xəstəxanaya gedib. Daha sonra isə məlum hadisə baş verib. Rahib Salmanovun hansı səbəbdən intihar etməsi araşdırılır.

Qeyd edək ki, 60 yaşlı Rahib Salmanov 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.



Oxşar Xəbərlər

Xəbər lenti