8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı bu gün aparılan danışıqlara Qarabağın erməni icmasından kimlərin gəldiyi bəlli olub.
Sozcu.info xəbər verir ki, Qarabağın erməni icmasını danışıqlarda qondarma deputat David Melkumyan və Areq Avakyan təmsil edir.
Onlarla danışıqları Qarabağ bölgəsinin erməni sakinləri ilə əlaqələr üzrə məsul şəxs, parlamentin deputatı Ramin Məmmədov aparır.
Bu fakt olduqca ilgincdir. Belə ki, Azərbaycan qondarma qurumun “icra strukturunda” təmsil olunan heç kimlə danışmaq niyyətində deyil – yəni Şahramanyan və onun dəstəsi ilə.
Danışıqlar yalnız əli azərbaycanlıların qanına batmayan və hərbi xuntada “vəzifə tutmayan” şəxslərlə aparılır.
axar.az