İşdən çıxarılan icra başçısı kimdir? - Oqtay Əsədovun qudası... - DOSYE


Prezident İlham Əliyev Alı İbrahim oğlu Qocayevi Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Sozcu.info işdən çıxarılan icra başçısının tərcümeyi-halını təqdim edir:
Qocayev Alı İbrahim oğlu 27 iyul 1947 ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. 1954-1965-ci illərdə Çaylı kənd orta məktəbində təhsil alıb.

1965-ci ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsinin axşam şöbəsinə daxil olub, 1974-cü ildə həmin institutu bitirərək, elektromexanik - mühəndisi ixtisasına yiyələnib.

Əmək fəaiyyətinə 1966-cı ildə Bakı Radio zavodunda elektrik montyoru kimi başlayıb.1968-1992-ci illərdə Bakı Su Kəməri İstehsalat İdarəsində elektrik montyoru, sex rəisi, Bakı şəhəri Sunasos Stansiyaları və Su Anbarları idarəsinin baş mühəndisi və sonra həmin idarənin rəisi vəzifələrdə çalışıb, 1992-1997-ci illərdə Bakı Su Kəməri İstehsalat İdarəsinin rəisi vəzifəsində işləyib.

1974-75-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub.

1997-2000-ci illərdə Abşeron Regional Su Cəmiyyətinin vitse-prezidenti , 2000-2004-cü illərdə Bakı şəhər İcra Hakimiyyti Bakı Kanalizasiya İstehsalat Birliyinin Baş direktoru, 2004-2005-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti vəzifələrində işləyib.

06.04.2005-ci il tarixdən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli 2182 saylı sərəncamı ilə Samux rayon İcra Hakmiyyətinin başçısı təyin edilmişdi.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir. Üç övladı var.

Qeyd edək ki, Alı Qocayev Milli Məclisin keçmiş sədri, hazırkı deputat Oqtay Əsədovun qudasıdır./musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti