8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Kəlbəcərin Ağdaban kənd icra nümayəndəsi Murad Qurbanov hazırda həbs edilən internet TV Teymur Kərimovun onun müavini vəzifəsində çalışmasına münasibət bildirib.Pravda xəbər verir ki, M. Qurbanov bununla bağlı deyib:“Onun pis fəaliyyəti yox idi. İşinə gəlib-gedirdi. Ağdabanda əhali çoxdur, buna görə də nümayəndələrin çoxu buradadır. Teymur Kərimov da digər nümayəndələrdən biri kimi əksər vaxtlarda Ağdabanda fəaliyyət gösərirdi. Lazım olanda Bakıya çağrılırdı, digər vaxtlarda nə məsləhət olurdusa, Ağdabanda görüləsi işləri görürdü. Həbsinə nə münasibət bildirə bilərəm. Bunu hüquq-mühafizə orqanları bilər”.İcra nümayəndəsi Teymur Kərimovu vaxtilə həmin vəzifəyə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun təyin etməsi barədə iddialara belə cavab verib: “Vallah, o vaxt məsləhət olub, icra nümayəndəsinin müavini vəzifəsinə təyin edilib. T.Kərimov 2019-cu ildən həmin vəzifədə işləyirdi, yaxşı fəaliyyəti var idi. Sonradan niyə belə oldu, bilmirəm. İşlədiyi müddətdə hər hansı nöqsanını araşdırmamışam, mənfi bir hal aşkarlamamışam.Dekabrın 10-da dedilər ki, həbs edilib. Teymura zəng etdim, telefonuna zəng çatmadı. Bakıya məlumat verdim, dedilər ki, xəbərimiz var. Yekunda nə qərar veriləcəksə, bu, inzibati orqanların işidir. Nəticədə səbəbi bilinəcək. Buna nə mən, nə də başqası bir söz deyə bilər”.M. Qurbanov Kəlbəcərdə Cavid Qurbanovun razılığı olmadan heç kim vəzifəyə təyin olunmur kimi fikirlərə də aydınlıq gətirib:“Bu, yalandır. Nə bilim, vallah, hərənin bir ağlı var, beyninə, qəlbinə nə gəlir, onu deyir. Belə bir şey yoxdur. Qanun var, qayda var, dövlətimiz, dövlətçiliyimiz var. Hər kəs qanunla, Konstitusiya ilə hərəkət edir. Bu nə deməkdir ki? Kimin ixtisası nəyə uyğundursa, qanunamüvafiq şəkildə işə götürülür. Hər kəsə bəllidir ki, indi hər şey imtahanladır, kim qanunla imtahandan keçirsə, gəlib işini görür. Buna nə Cavid Qurbanov, nə də başqası müdaxilə edə bilər. Cavid Qurbanovda yaxşı cəhətlərindən başqa heç nə görməmişəm. Camaat üçün xeyirindən başqa heç bir mənfi xüsusiyyəti olmayıb. Həmişə dövlətinin, xalqının yanında olub. Heç kimə təzyiq göstərməyib. Allah göydən baxır, Allaha qurban olum. Mən 1988-ci ildən bu günə qədər işləyirəm. Hələ belə şeylərlə rastlaşmamışam. Belə hallar olmayıb”.Kənd icra nümayəndəsi Cavid Qurbanovun əmisi oğlu olmasının gündəmə gətiriləmsindən də danışıb: “Mən Cavid müəllimin əmisi oğluyam, özüm şəhid qardaşıyam. 14 şəhid vermiş bir insanın ailə üzvüyəm. Müharibə veteranıyam. Dövlətə, dövlətçiliyə sadiq biriyəm. Biz dövlətçiliyimizə, Ulu Öndərimizə illər boyu sadiq olmuşuq, indi də sadiqik. Həmişə xalqımızın, dövlətimizin yanındayıq. Nə deyirlərsə, desinlər. Nə olsun? Cavid müəllimin əmisi oğlu bəyəm icra nümayəndəsi işləyə bilməz? Kiminsə atası vəzifədədir, atasından sonra oğlu oxuyub, vəzifə sahibi olur. Bu, o demək deyil ki, ola bilməz. Hər kəs öz xəttini davam edir. Biri öz təhsili ilə hansısa yerdə işləyirsə, bunda xoşagəlməz nəsə yoxdur. Vəzifəli adamın qohumları vəzifədə işləyə bilməzlər?Qoy yazsınlar, hər kəs bilir ki, nə nədir, kim necə işləyir... Hamı öz işini qanuni qaydada yerinə yetirir. Cavid Qurbanovun fəaliyyəti respublikada danılmazdır. Respublikada əyandır ki, o, necə adam olub. Allah hər kəsdən razı olsun, hamıya ağıl versin. Dünya belə gəlib, belə də olacaq. Allah təki dövlətimizi qorusun, Prezidentimizin ətrafında sıx birləşməyə hər kəsə kamal versin. Allaha şükür, bu gün azad ölkədə yaşayırıq. Cənab Prezidentimizin güclü səyi, siyasəti nəticəsində, şəhidlərimizin qəhrəmanlıqları sayəsində 30 il işğal altında olan torpaqlarımız azad edildi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.