8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Arxitektura və Şəhərsalma komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevlə bağlı ağır ittihamların yer aldığı material bir neçə gün əvvəl yerli KİV-də yayılsa da, ortada ciddi tədbirlər müşahidə olunmur. Amma bunun da əsaslı səbəbi var. Məhz bütün ölkə ərazisində növbədənkənar Prezident seçkilərinin keçirilməsi səbəbindən səslənən ittihamlara hüquq müstəvisində reaksiya verilməyib.
Sozcu.info xəbər verir ki, bu barədə dia-az.info-ya danışan mənbə iddia edir ki, Ramin Abdullayevin barəsində mütləq addımlar atılacaq: "Çünki artıq məsələ "yuxarıların" da diqqəini cəlb edib. Və konkret qərarla bağlı vəziyyəttə gəlincə, gələn həftə müəyyən addımlar atılacaq".
Səslənən ittihamlara görə, Ramin Abdullayev ölkə başçısının yaratdığı şəffaf biznes mühitinə kölgə salaraq tikinti biznesinə ciddi zərbə vurur. MTK sahiblərinin ve obyekt tikmək istəyən sahibkarların hamısını zara gətirən Ramin Abdullayev yalnız öz adamları (maklerləri) tərəfindən gələn işləri qabağa salaraq digər MTK sahiblərinin işlərini vurur. Müraciətlər aylarla hətta illərlə Ramin Abdullayevin stolunda qalır və süni maneələr yaradaraq onların tikilməsinə mane olur.
O zaman bu məmur kimə xidmət edir? Dövlətə, prezidentə, islahat gedən ölkəyə bu cür özbaşınalıq edən məmurlar lazımdırmı? Axı hakimiyyətə, ölkə rəhbərliyinə, dövlətə zərbə vurur, xalqda inamsızlıq yaradır, gözdən salır iqtidarı. Yəni bir qanqrena vermiş Mərkəz var, sədri Ramin Abdullayevdir, burada sağalmaz rüşvət xəstəliyi var, onu amputasiya etməkdən başqa müalicə yolu qalmayıb.
Yəni Prezidentin Qarabağda həyata keçirilən quruculuq işlərinə cəlb edildikləri üçün sahibkarlara xüsusi diqqət və qayğı gösttərdiyi bir dönəmdə Ramin Abdullayev kimləri həəmin iş adamlarını məhz dövlətdən, yəni Prezidentdən narazı salmaqdadır. Bu kimi fəaliyyəttlər isə cəzasız qala bilməz...