Zeynalovların əllərindən çıxmış 4,3 milyon manat korrupsiya, rüşvət amilinin göstəricisidir - ARAŞDIRMA


Azmedia.info.az da gedən  “SƏN SAYDIĞINI SAY, RAMİZ ZEYNALOV DA PULLARI SAYSIN”  başlıqlı paylaşımı oxuduqdan sanra belə qənaətə gəldim ki,  məqaləyə həm də BDYP idarəsinin rəisi Ramiz müəllim Zeynalovla bağlı müəyyən olaylara münasibət bildirim. Çalışacağam ki, ortaya elə mövqe qoyum ki, balans pozulmasın və hər iki tərəf məndən razı qalsın.

Belə ki, 30 ildən artıqdır ki, sükan arxasındayam. Bu 30 ildə Yol Polisinin 5 manata yaxın durduğunu görməmişəm. Ən azından  hər dəfə maşınımı saxlayanda məcbur  10 manat pulumu almışlar. Bundan başqa sürücülük vəsiqəsini pul verib almışam. Müəllifin məsələni  5-cə manatla bağlaması, məndə müəllifə qarşı  başqa cür  təəssürat yaratdı.

Qaldı ki, BDYP idarəsinin rəisi Zeynalovun barəsində KİV-də, İnternet üstündən mütamadi paylaşımlar edilir. Hətta deputat Tahir Kərimli çıxışlarının birində üç Ramizin, o, cümlədən Ramiz Zeynalovun 72 yaşı tamam olmasına baxmayaraq təqaüdə çıxmaması ilə bağlı qanunda dəyişikliklər edilməsini də dilə gətirmişdir.   Ramizlərdən 2-si təqaüdə göndərilsədə, Ramiz Zeynalov təqaüdə çıxmaq fikrində deyil.  Maraqlısı da  odur ki, Ramiz Zeynalov barəsidə gedən, bu olaylara susur.
Demək ki, razılaşır.

Əslində Ramiz Zeynalovun yerinə kim olsa kreslosunu əldən verməz! Niyə verməz? Niyəsini bircə xırda faktla mən deyəcəm. Məlumatın səhihliyinin araşdırılması, ölkə başçısına məlumat verilməsi və qanunvericiliyin tələblərinə müvafiq tədbir görülməsi məsuliyyəti aidiyyəti dövlət qurumlarının-hüquq mühafizə orqanlarının üzərinə düşür.

BDYP idarəsinin rəisi-general Ramiz Zeynalovun qardaşı oğlu Qoşqar Zeynalovun 4,3 milyon manatının mənimsənilməsi barədə KİV-də və sosial şəbəkələrdə gedən paylaşımlar gündəmin əsas mövzusuna çevrildiyini yəqin ki, hamımız bilirik.

Onu da,  xüsusi ilə vurğulamaq istərdim ki, biləsiniz  Qoşqar Zeynalovun 4,3 milyon manatının mənimsənilməsi FAKTI, Azərbaycan Respublikasının adından HÖKM çıxaran,  məhkəmə hakimiyyətinin, hüquqi qüvvəyə minmiş HÖKM və QƏRAR-ları ilə təsdiqini tapmışdır.

Sual verəcəksiniz ki, bunun Ramiz Zeynalova nə aidiyyəti vardır?  Mən deyəcəm lakin  Ramiz Zeynalova  aidiyyətinin  olub-olmamasını, 4,3 milyon manatın mənbəyinin araşdırılması məsuliyyəti yenə də aidiyyəti qurumların üzərinə düşür.

Bir yerdə rast gəlmədim ki, yazsınlar ki,  4,3 milyon manatı mənimsənilmiş  Qoşqar Zeynalov harada işləyir? Bu milyonları hardan qazanmışdır və yaxud da haradan əldə etmişdir?

Biləsiniz ki, Qoşqar Zeynalov  Ramiz Zeynalovun qardaşı oğlu olmağından yanakı,  həmdə BDYP idarəsinin işçisidir. O, BDYP idarəsinin  əməkdaşıdır. O, BDYP idarəsinnin Texniki Baxış Şöbəsinin müdiridir. El dilində desək  “Texsmotor”a  baxır. Hardasa 4,3 milyon manatın quyruğu görünür.

Yenə sual ortaya çıxır, görəsən   Polis əməkdaşı kommersiya, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərmi?   Polis əməkdaşının kommersiya-sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qanunvericiliklə icazə verilmədiyini bilsək də, təsvir etdiyimiz mənzərə onu deyir ki, Ramiz Zeynalov,  qardaşı oğlu Qoşqar Zeynalova BDYP-idarəsində işləməklə yanakı, həmdə  qanunazidd hərəkətlərlə-  “kommersiya-sahibkarlıq” fəaliyyəti ilə məşğul olmağa icazə veribmiş. Əmisi,  ona  “hər işlə məşğul  olmağa” da sərbəst şərait yaratmış. Əlbətdə ki, Ramiz Zeynalov da deyə bilər ki, o, pulun ona heç bir  aidiyyəti yoxdur, Qoşqar Zeynalov atasının tək oğludur,  həmin dövrdə Qoşqarın  atası 175 min 500 nəfər əhəlisi olan Tovuz Rayon İcra Hakimiyyətinin Başçısı olmuşdur.

Ramiz Zeynalov yaş baxımında ağsaqqaldır ona görə də dediklərini mən qəbul etsəmdə nə hakimiyyət,  nədə ki, cəmiyyətimiz qəbul etməyəcəkdir.    Məsələyə başqa prizmadan-Ramiz Zeynalovun baxışı ilə baxsaq, yenə də sual yaranır?

Ay Ramiz müəllim onda  deyə bilərsinizmi,  Tofiq Zeynalov İcra Hakimiyyətinin Başçısı kimi, oğlu Qoşqar Zeynalova BDYP idarəsinin işçisi kimi, 4.3 milyon manatı haradan qazamışdır ? Axı, qardaşınız və  oğlu,  bütün ömürləri  boyu  aylıq məvacibini xərcləməsələr, bir yerə toplasalar 4,3 milyon manatı toplamaq olmaz.  Əlbətdə ki, İcra Hakimiyyətinin Başçılarına da kommersiya-sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qanun icazə vermir. Bəs onda Qoşqar Zeynalov 4,3 milyon manatı haradan qazanmışdır?

Onda belə çıxır ki,  ölkə başçısının  ehtimad göstərdiyi, etibar etdiyi  Zeynalov  qardaşları onlara edilən etimaddan, etibardan sui-istifadə etmişlər, vəzifə salahiyyətlərinin hüdudlarından kənar bütün qanunsuz  fəaliyyət növü ilə məşğul olmuşlar və bu günə kimidə məsuliyyətdən yayınmışlar.  

Ehtimal olunur ki,  Qoşqar Zeynalovun əlindən çıxarılmış bu 4,3 milyon manat ya atası Tofiq Zeynalovun ya əmisi Ramiz Zeynalovun yadakı özünün pullarıdır.

Ata, əmi və oğul hər üçü dövlət məmurları olduğu üçün, hər üçünə sahibkarlıq-kommersiya fəaliyyəti ilə məşğul olmaq, qanunla yasaq edildiyinə görə Qoşqarın əlindən çıxmış 4,3 milyon manat KORRUPSİYA, RÜŞVƏT amilinin göstəricisidir.

Qoşqar Zeynalovun BDYP idarəsində, Ramiz Zeynalovun BDYP idarəsinin rəisi, Tofiq Zeynalovun İcra Başçısı vəzifəsində işləyə-işləyə kommersiya-sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qanunla yasaq edildiyi halda, Zeynalovların, vəzifədə ola-ola bu pulları hardan necə və nə cür əldə etmələri barədə araşdırma aparmaq və ölkə başçısına məlumat vermək məsuliyyəti yenə də  aidiyyyəti qurumların səlahiyyətindədir.      

Sonda haqqında araşdırma-təhlillər apardığımız hər iki tərəfə, Azmedia.info.az da gedən yazının müəllifinə və BDYP idarəsinin rəisinə haqq qazandırıram.  Biri düz yazmışdır, ikincisi də kreslodan düz eləyir əl çəkmir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

B.Abdullayev,

Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili üzrə iqtisadçı ekspert 



Oxşar Xəbərlər

Xəbər lenti