“Azərbaycan xalqı neçə gündür Heydər Əliyevin doğum gününə hazırlaşır” - Deputat

“Azərbaycan xalqı neçə gündür Heydər Əliyevin doğum gününə hazırlaşır” - Deputat

 

"Heydər Əliyev dahi şəxsiyyətdir. Onun doğum günü ilə bağlı təkcə YAP yox, bütövlükdə Azərbaycan xalqı neçə gündür ki, hazırlaşır”.

Sozcu.info  xəbər verir ki, bunu modern.az-a açıqlamasında YAP Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə danışarkən deyib.

O bildirib ki, Azərbaycan xalqı üçün Heydər Əliyevin fəaliyyəti və həyatı çox önəmlidir.

"Çünki Heydər Əliyev bütövlükdə həyatını Azərbaycan xalqına və onun inkişafına sərf edib. Biz də Yeni Azərbaycan Partiyası olaraq hər il olduğu kimi bu il də onun doğum gününə xüsusi hazırlaşmışıq. Heydər Əliyevin keçdiyi yola nəzər yetirdikcə, onun mənasını, fəlsəfəsini daha çox dərk edirik”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}