“Azərbaycan dövləti istəməsə, heç kim Fuadın başına bu oyunu aça bilməzdi” - NAMİZƏD SƏFƏROV

“Azərbaycan dövləti istəməsə, heç kim Fuadın başına bu oyunu aça bilməzdi” - NAMİZƏD SƏFƏROV

 

"Bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşlarına qarşı tutduğu anlaşılmayan bir mövqedir”

"Azərbaycan dövləti niyə demir ki, mənim vətəndaşımın başına niyə bu oyunları açırsınız?”

Rusiyada yaşayan jurnalist Fuad Abbasov heç bir cinayət törətmədiyi halda, mayın 16-da Rusiya hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən qəddarcasına döyülüb, eyni zamanda bu hadisənin video və fotosu çəkilib ki, bu, Azərbaycana və azərbaycanlılara hörmətsizlikdir. Rusiya polisinin Fuad Abbasovu döyərək video və fotolarını internetdə yaymaqda məqsədi onu sındırmaq olsa da, eyni zamanda bu, xalqımıza və dövlətimizə aşkar hörmətsizlikdir.

Təəssüf ki, Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən döyülməsindən 6 gün keçsə də, Azərbaycan hökuməti bu məsələyə heç bir reaksiya verməyib. Halbuki, Azərbaycan dövləti vətəndaşının hüquq və azadlıqlarının təminatıçısı kimi çıxış edərək, bu barədə Rusiya hökumətinə etirazını bildirməliydi. Təəssüf ki, bu yöndə neçə gündür ki, nə Moskvada fəaliyyət göstərən Azərbaycan Səfirliyinin, nə də Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya hökumətinə bir iradı belə yoxdur.

Fuad Abbasovun vəkili Elman Paşayevin veridyi məlumata görə jurnalist sifarişçilərin kimliyi ilə bağlı versiyalarını ona deyib. Rusiyada yaşayan həmyerlimiz hesab edir ki, sifarişçi ya erməni lobbisi, ya da Rusiyada yaşayan Azərbaycan diaspor təşkilatının rəhbəri Ağadadaş Kərimovdur.

Erməni lobbisinin sifarişçi olduğunu başa düşmək olar. Bilirik ki, ermənilər Azərbaycana və azərbaycanlılara düşməndirlər. Ancaq Rusiyada yaşayan Azərbaycan diaspor təşkilatının rəhbəri Ağadadaş Kərimovun Rusiyada Azərbaycanın və azərbaycanlıların mənafeyindən yana çalışan Fuad Abbasovun döyülməsini və bunun foto, videosunun yayılmasına sifariş verməsini başa düşmək olmur. Hər halda bu, bir versiyadır. Çox güman ki, hüquq-mühafizə orqanları araşdırdıqda kimin bu sifarişi verməsi də ortaya çıxacaq. Amma bu versiya həqiqət olsa, vay, bizim millət olaraq halımıza...

Qeyd edək ki, vəkilin açıqlamasına görə, mayın 28-də Fuad Abbasov Azərbaycana deportasiya edilməlidir, hətta ondan da tez ola bilər. Çünki bildirilir ki, Rusiyanın bir neçə azərbaycanlı icması Moskva məhkəməsinə müraciət edərək, F.Abbasovun ölkədən deportasiya olunmasını tələb edib. Moskva məhkəməsi mayın 7-də Azərbaycan təşkilatlarının müraciətini təmin edib. F.Abbasov Rusiyanın miqrasiya qanunvericiliyinin pozulmasında ittiham olunur.

"Mövcud diaspor təşkilatları bir-biriləri ilə didişməklə məşğuldurlar”

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

Jurnalist Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən qəddarcasına döyülməsinə rəsmi Bakının reaksiyasının olmaması ilə bağlı hüquqşünas Namizəd Səfərov "Hürriyyət”ə dedi ki, onu Azərbaycan hakimiyyətinin xaricdə yaşayan soydaşlarımızla münasibətləri qətiyyən qane etmir: "Heç bir ölkədə bizim normal diaspor təşkilatımız da yoxdur. Çox qəribədir ki, mövcud diaspor təşkilatları da bir-biriləri ilə didişməklə məşğuldurlar. Mənə elə gəlir ki, Azərbaycan dövləti bunda maraqlıdır. Yəni bir neçə diaspor təşkilatı mövcuddur, onlar birləşmək əvəzinə, Azərbaycan dövləti tərəfindən qəsdən onlar arasına salınmış nifaqın nəticəsi olaraq bir-biriləri ilə didişməklə məğuldur. Mənə hələ görməmişəm ki, onlar bir nöqtəyə vursunlar. O cümlədən də ən böyük diasporanın yerləşdiyi Rusiya Federasiyasında da diaspor təşkilatları dağınıq şəkildə fəaliyyət göstərir. Bir-biri ilə əlaqələri yoxdur və onlar heç vaxt bir məsələyə eyni nöqtədən yanaşmırlar. Bütün dövrlərdə onlar arasında hansısa bir münaqişə mövcuddur.

Mən bir daha deyirəm ki, Azərbaycan dövləti bunda birmənalı şəkildə maraqlıdır. Səbəbi anlaşılmaz olsa da, Azərbaycan dövləti diaspora təşkilatları arasında bilə-bilə münaqişə yaratmaq, düşmənçilik toxumu səpməklə məşğuldur. Bu, nəsə bunların ümumi taktikaları, həyata keçirdikləri plandır. Amma baxın, erməni diaspor təşkilatları dünyanın hər bir ölkəsində mehriban münasibətlərdədirlər. Bu və ya digər siyasi məsələyə eyni nöqteyi-nəzərdən yanaşırlar. Onlar bir yumruq kimi birləşiblər. Ən böyük problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsinə də onların yanaşması həmişə bir olub, bizimkilərdə isə dağınıq şəkildə olub. Qeyd etdiyim kimi, Azərbaycan dövləti bunda maraqlıdır”.

"Sənin vətəndaşına Rusiyada belə bir münasibət ifadə olunur, sən nə üçün bunu araşdırmırsan?”

Bütün bunların səbəblərini hüquqşünas belə şərh etdi: "Bu gün bu münaqişənin ən dərin yeri Rusiyadır. Dəfələrlə mən hiss etmişəm ki, Rusiyda olan soydaşlarımız orada Azərbaycanda baş verən ağlasığmaz hadisələrə mənfi münasibət bəsləyir. Ondan başqa, Rusiyada yaşayan ermənilərin Dağlıq Qarabağ probleminə münasibətinin həmişə cavabını verməyə çalışıblar, aktiv fəallıq göstəriblər. Mən Fuad Abbasovla bağlı məsələnin kökünü bilmirəm. Ancaq sosial şəbəkələrdə, mətbuatda verilən məlumatlar əsasında məndə fikir formalaşıb. Mən görümüşəm ki, bu şəxs savadlı, bilikli bir adam kimi həmişə ədalət tərəfdarı olub və çıxış edib. Ermənilərin iddialarının cavabını verən xüsusi fəallıq göstərib. Belə olan halda diaspora təşkilatlarımız onun müdafiəsinə qalxmalı və ona imkan yaratmalı olduqları halda, görürəm ki, ermənilər bir tərəfdə qalıb, Azərbaycan rəsmi dairələri ona qarşı belə bir qanunsuz və sərt addımlar atırlar. Moskvada həmin şəxs elə bir cinayət törətməyib, onun atdığı addımlar siyasi addımlardır, qanunu pozan əməli ilə bağlı deyil. Belə olan halda, Rusiya inzibati orqanlarının onu həbs etməsi, özü də şəxsiyyətini alçaldan formada həbs etməsi, onun çəkilmiş şəkillərini sosial şəbəkələrdə yayılması Azərbaycanın nüfuzuna olduqca ağır zərbədir. Çox təəssüf ki, Azərbaycan hakimiyyətinin yenə də tutduğu mövqe çox maraqlıdır. Yəni sənin vətəndaşına Rusiyada belə bir münasibət ifadə olunur, sən nə üçün bunu araşdırmırsan? Mənim fəal vətəndaşım, televiziyada ayrı-ayrı verilişlərdə mövqeyini ortaya qoymuş, Azərbaycanın mənafeyini müdafiə etmiş bir şəxsi bu gün bu formada təhqir edirlər, amma Azərbaycan dövləti, Moskvadakı Azərbaycan nümayəndəliyi, səfirliyi heç biri reaksiya vermir. Azərbaycan dövləti öz vətəndaşının dalında durmur, demir ki, mənim vətəndaşımın başına niyə bu oyunları açırsınız? Bu hansı günahın sahibidir? Guya, ki, indi onu Rusiyadan deportasiya edirlər. İnsanı insan kimi deportasiya etmək olar. Ona guya, desələr ki, Moskvanı tərk et, o, uçmayacaq bu tərəfə? Onu heç həbs etmək də lazım deyil. İndi bundan sonra 6 ay onu həbsdə saxlayacaqlar ki, guya, deportasiya həyata keçirirlər.

Mən yenə də dediyim əvvəlki fikrə qayıdıram, bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşlarına qarşı tutduğu anlaşılmayan bir mövqedir. O vətəndaşlarımız ki, Azərbaycanın mənafeyi nöqteyi-nəzərindən çıxış edir, onları müdafiə etməməsi, əksinə onlara qarşı tətbiq edilmiş qanunsuz əməllərə haqq qazandırılması belə bir təssürat yaradır ki, Fuad Abbasovun başına açılan oyunlarda Azərbaycan dövləti də maraqlıdır. Azərbaycan dövlətinin göstərişi ilə bu, edilir. Mən bilirəm ki, bu gün Azərbaycanla Rusiyanın münasibətləri elədir ki, hər hansı bir vətəndaşımızın başına elə oyun açılmasını Azərbaycan dövləti istəməsə, heç kim edə bilməz. Rusiyada ermənilər hakimiyyətdə deyillər ki, ruslardır, Putindir də. Hər gün demirik ki, Putinlə bizim ölkənin rəhbərliyi arasından "su keçmir”? Bəs, niyə imkan verirlər ki, bizim vətəndaşın başına elə bir oyun açılsın?”



Oxşar Xəbərlər

Xəbər lenti