29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi tapılıb.
Sozcu.info xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: "Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.
Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.