27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Keçmişdə Amerikanın kəşfiyyatçısı olan Edvard Snouden, məmurlara və hökumət üzvlərinə "WhatsApp” və "Telegram” dan istifadə etməməyi tövsiyə edir.
Edvard Snouden bu barədə Fransanın "France Inter” radiostansiyasına verdiyi müsahibədə bildirib ki, nazirlərin "WhatsApp” dan istifadə etmələri "böyük səhvdir”.
Qeyd edək ki, Fransanın baş naziri Eduard Filipp və prezidenti Emmanuel Makron da bu sosial şəbəkələrdən istifadə edirlər. Snouden bir daha xatırladır ki, 2014-cü ildə "Facebook Inc” tətbiqin sahibi oldu.
"Onlar mərhələ-mərhələ təhlükəsizliyi zəiflədirlər”, – deyə mütəxəssis bildirib. Onun sözlərinə görə, şirkət istəsə istifadəçilərin telefon danışıqlarının və mesajlarının məzmununu öyrənə bilər.
"Əgər siz baş nazirsinizsə, bu proqramların hər ikisi təhlükəlidir”.
Edvard Snouden alternativ olaraq "Signal” və "Wire” tətbiqlərindən istifadə etməyi təklif edir.
Xatırladaq ki, Snouden "Washington Post” və "Guardian” qəzetlərinə 2013-cü ildə amerikan və ingilis kəşfiyyat orqanlarının gizli izləmə proqramların təhvil verdikdən sonra Hong-Konga, oradan isə Moskvaya uçub gəlmişdir və burada bir müddət Sheremetyevo hava limanının tranzit zonasında qalıb.
Rusiya onun ABŞ-a qarşı olan fəaliyyətini dayandırması şərti ilə bir illik müddətinə müvəqqəti sığınacaq verdi. Daha sonra isə kəşfiyyatçı rəsmi olaraq ölkədə yaşamaq hüququnu almışdır.