27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Yaşlı, tənha insanlara kömək etmək insanlıq borcudur. Lakin bəzi insanlara mərhəmət hissi yaddır. Üstəlik, hansısa yaşlı, tənha qoca qonşudursa, ona yardım etmək həm də qonşuluq borcudur. Necə deyərlər, qonşu haqqı, Allah haqqıdır. Lakin təəssüflər olsun, bəzən elə qonşular var ki, bu haqqı dərk etmir, hətta bir-birinə hücum çəkirlər.
Belə ki, Nəsimi rayonu 3-cü Alatava, ev 283-də tənha yaşayan, 4 kitab müəllifi, 80 yaşlı Hüseynov Sadıq Yusif oğlu qonşusu İlqar Kazımov və onun ailəsinin hücumuna məruz qaldığı üçün "Hürriyyət”in redaksiyasına gələrək Prezident İlham Əliyevə, həmçinin daxili işlər naziri Vilayət Eyvazova müraciət etdi: "Hörmətli Prezident, mən 1962-ci ildən bu ünvanda yaşayıram. Kazımov İlqar Qəzənfər oğlu 2007-ci ildən mənə qonşu gəlib. Aldığı ev qeyri-qanunidir, heç bir sənədi yoxdur. Amma mənim evimin bütün qanuni sənədləri var.
2007-ci ildən bu qonşu məni yaşamağa qoymur. Mənə deyir ki, "çıx get bu evdən, səni öldürüb bu evə girəcəyik, evi öz adıma keçirəcəm”.
2012-ci ildə İlqar Kazımov, oğlu Rəşad və həyat yoldaşı Nəzakət üçü bir yerdə mənə hücum etmişdi, mən ağır travma almışdım. Mən bu barədə akademik Zərifə Əliyeva adına Oftolmologiya İnstitunun ekpert rəyini almışam. Bütün aidiyyatı orqanlara müraciət etmişəm, heç bir nəticə verməyib, pul alıb, cinayəti ört-basdır ediblər. Sizdən bu cinayətin açılmasını və onlara cəza verilməsini xahiş edirəm”.
"Onu da qeyd edim ki, həmin vaxt onlar işıq idarəsinə pul verib, mənim işıq dirəyimi kəsdirib. O işıq dirəyini 25 manata almışdım. Mən onu bərpa edə bilmədim, Prezident Administrasiyasına da yazdım, mümkün olmadı”,-deyə şikayətçi qeyd etdi.
"Nəsimi rayonu 20 nömrəli polis bölməsinə müraciət etmişəm, şikayətimə baxan yoxdur”
S. Hüseynovun sözlərinə görə, İlqar Kazımov, oğlu Rəşad, həyat yoldaşı Nəzakət 6 sentybar 2019-cu tarixdə yenidən üçü də onu döyüblər: "Nə ilə vurdular bilmədim, sağ qolumu sındırdılar. Bununla əlaqədar Nəsimi rayonu 20 nömrəli polis bölməsinə müraciət etmişəm, şikayətimə baxan yoxdur. Qolumu qıranlar isə deyir ki, hara istəyirsən get şikayət et. Mən tək yaşayıram, kimsəsiz adamam, evimi əlimdən almağa çalışırlar. Açıq deyirlər, çıx evdən, öz adımıza keçirəcəyik. Nəyin əsasında məndən ev tələb edirlər? Mən icra hakimiyyəti deyiləm ki, onlara ev verəm”.
"10 sm yer yoxdur ki, qapımı açam-örtəm”
S. Hüseynov iddia edir ki, qonşusu yolunu kəsib, qapısını gətirib düz onun qapısının ağzına qoyub: "10 sm yer yoxdur ki, qapımı açam-örtəm. Gedib baxsanız, özünüz görərsiniz. Qapını açıb-örtmək mümkün deyil. Pəncərənin yerində onun qapısıdır. Mən ordan içəri keçəndə qapıyı açır, üzərimə hücum edir. Yaşamaq mümkün deyil. Xahiş edirəm, mənə kömək edin. Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə müraciət etmişəm, xeyri yoxdur. İlqarın yoldaşı Nəzakət deyir, hara istəyirsən şikayət elə”.