Rəsul Quliyevin bəzi qohumlarına verilən ictimai qiymət – “Naxçıvan xanının yaltaqları”

Rəsul Quliyevin bəzi qohumlarına verilən ictimai qiymət

 

"Muxtar həqiqətlər" silsiləsindən Məlum olduğu kimi, Şahbuz rayonun Türkeş kənd ağsaqqallarının Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qarşısında yeməyə gedən hərbi bölük əsgərləri iki cərgə düzləndirilib farağat durdurulmasının müasir siyasi texnologiyaya uyğun olmaması və Muxtar Respublika barəsində dildən-dilə dolaşan "Azərbaycanın Şimali Koreyası” bənzətməsinə haqq qazandırması kimi iradlarımıza təhqirlə cavab verilmişdi. Halbuki, bizim məqsədimiz bu görsənişə işıq tutmaq və Muxtar Respublika rəhbərliyinə necə görünmələrini çatdırmaq idi. Bu xoş niyyətimizə Naxçıvan hakimiyyəti tərəfindən təşkil olunan söyüş kampaniyası ilə cavab verənlər öz geriçi simalarını və tərbiyələrini ortaya ortaya qoydular.Dünən axşam internetdə gəzişirkən əldə etdiyimiz bir video-görüntü təkcə bizim belə düşünmədiyimizi göstərir. Azərbaycanın satirik video kanalı olan "Hamam Times”-in "muxtar məddahlığ”a reaksiyası daha kəskindir. Culfa rayonun Qazançı kənd ağsaqqallarının Vasif Talıbov qarşısında pafoslu çıxışlarına "Hamam Times” verdiyi qiymət eynilə belədir – "Naxçıvan xanının yaltaqları”.

 

 

Ötən il 30 noyabrda Qazançıda istifadəyə verilən məktəb və digər inzibati tikililərin açılışı zamanı çəkilən reportajın bəzi farqmentləri əsasında hazırlanan həmin videonun şərh hissəsində müəllif yazır:"Nəyimiz də az olsa, yaltağlarımız boldur. Naxçıvan xanı Vasif Talıbovun da analoqsuz yaltaqlarını tanıyın”.Videonun sərlövhəsi isə daha konkretdir: "Naxçıvan xanının yaltaqları da var”Videonu buranı TIQLAYARAQ seyr edə bilərsinizNaxçıvan MR rəhbərliyi öz təbliğat vasitələrinin ictimaiyyət arasında doğurduğu bu reaksiyanın fərqinə varmalı və ictimai qiymətləndirmələri təhqir kampaniyası ilə qarşılamamalıdır. Ən azı Azərbaycanın yaltaq mediasının patronu Əli Həsənovun başına gələnlərdən nəticə çıxarmalıdır. Unutmamalıdır ki, Əli Həsənovun yaltaq media siyasəti əks reaksiya doğurmuş və bu reaksiyaya qarşı başladılan təhqir kampaniyası qarşılıqlı söyüş atışmalarıyla nəticələnmişdi. İqtidar mediasının bu "ayı xidməti” sonunda Əli Həsənovun başında çatlamışdı. Naxçıvan rəhbərliyi isə Əli Həsənovun bu ağır taleyindən nəticə çıxarmaq əvəzinə öz ampluasından uzaqlaşa bilmir.

 

Bunlar öz yerində. Qazançı kəndində "muxtar yaltaqlığın” bəzi məqamları var ki, məlum videonu hazırlayanlar bundan xəbərsizdirlər. Əgər onlar bilsəydilər ki, Vasif Talıbovun qarşısında cilddən-cildə düşən bu adamlar həm də Azərbaycan hakimiyyətinə qarşı ən radikal mövqe sərgiləyən müxalif liderlərdən biri eks-spiker Rəsul Quliyevin qohumlarıdır, bəlkə də daha ağır fikirlər səsləndirərdilər. Zira bu adamlar bir zamanlar Rəsul Quliyevə də eyni üslubla təriflər yağdırırdılar. Bəlkə də gizli telefon danışıqlarında indi belə bu məddahlıqlarını sürdürürlər.

 

Naxçıvan TV tərəfindən hazırlanan həmin reportajda  Vasif Talıbova mədhiyyələr söyləyən şəxslərin kimliklərini açıqlayırıq:Videoda ilk çıxış edib Qazançı kənd camaatına bu cür şərait yaratdığı üçün Vasif Talıbova can sağlığı arzulayan Yəmən kişi Rəsul Quliyevin əmisi oğludur. Bir vaxtlar Yəmən kişinin oğlu Cəmşid Rəsul Quliyevin hakimiyyətə gətirilməsində müstəsna xidmət etdiyi üçün maşınına tapança qoyulub tutulmuşdu və 1 il azadlıqdan məhrum olunmuşdu. Yəqin ki, Rəsul Quliyev hakimiyyətə gəlsəydi, oğlunun xidmətləri müqabilində indi şəninə mədhiyyələr söylədiyi adamın yerində o, oturacaqdı.

 

Vasif Talıbov qarşısında ən əzəmətli çıxışı edən və buna görə də "Hamam Times”-in diqqətini daha çox çəkən Füzuli Əliyev Rəsul Quliyevin uzaq qohumu olsa da, onun da övladları eks-spikerin hakimiyyətə gətirilməsi yolunda az işlər görməyiblər. Məqsədimiz kiməsə baş ağrısı vermək olmadığından bu barədə çox danışmaq istəmirik. Əgər Türkeş rəzalətini qazançı ağsaqqalları da davam etdirsə, biz də köhnə sandıqları açmağa məcbur olacağıq.

 

Videoda son çıxış edən isə Rəsul Quliyevin mərhum qardaşı Sabir kişinin həyat yoldaşı Şamama xalanın (qonşumuz olduğundan ona həmişə xala demişəm – H. O) dos-doğma əmisi oğlu Zakir kişidir. Onun da könlündə bir zamanlar Rəsul sevgisi vardı. Hətta bu sevgi Zakir kişinin qardaşı Şükür bəyi 2005-ci ildə Rəsul Quliyevin məşhur qayıdış ssenarisinin ən fəal pişvazçısına çevirmiş və aeroport yolunda həbsiylə nəticələnmişdi. Zakir və Şükür qardaşlarının indi də ürəklərində eyni sevgini daşıdıqlarını isə deyə bilmərik.

Yenidən təhqir kampaniyasına hazırlaşmaq fikrinə düşən Muxtar Respublika ideoloqlarına isə Nüsrət Kəsəmənlinin məşhur bir misrasını xatırladırıq – "Oyatma mürgülü xatirələri”./ovqat.com/



Oxşar Xəbərlər

Xəbər lenti