ƏLI HƏSƏNOV YENİ İŞ YERİNİN FOTOLARINI YAYDI - "Ora ara-sıra gedirəm"

ƏLI HƏSƏNOV YENİ İŞ YERİNİN FOTOLARINI YAYDI

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov paytaxtın Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında özünə yeni qərargah seçməsi barədə ötən gün demokrat.az xəbər portalında gedən yazıya reaksiya verib.

Əli Həsənov bu gün sayta yeni iş otağında çəkilən fotolarını göndərərək bildirib ki, o, Beynəlxalq Mətbuat Mərkəzinin binasına ara-sıra gedir: "Mənim təzə iş yerim və kabinetim Prezident Yanında Dövlət İdarəçilik Akademiyasındadır. Hazırda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm. Beynəlxalq Mətbuat Mərkəzində isə mənim baş redaktoru olduğum "Geostrategiya" jurnalı yerləşir".

Əli Həsənov elmi fəaliyyətlə məşğul olduğunu bildirib: "Hazırda elmi fəaliyyətlə məşğul oluram. Sizə söz verirəm ki, bununla bağlı ilk müsahibəmi də sizə verəcəm. İşinizdə uğurlar arzu edirəm...".

 

 

 

 

 



Oxşar Xəbərlər

Xəbər lenti