18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Musavat.com xatırladır ki, “Çelsi” rəhbərliyi Xabi Alonso ilə 4 illik müqavilə imzalayıb və o, iyulun 1-dən etibarən komandanın sükanı arxasına keçəcək.
Məlumata görə, Alonso “Çelsi”də gənc, texniki keyfiyyətləri yüksək və çoxşaxəli futbolçular üzərində qurulan yeni sistem formalaşdırmağı planlaşdırır. Bu layihənin əsas fiqurlarından birinin isə Arda Gülər olduğu bildirilir.
İspan çalışdırıcının “Real Madrid” dönəmində Ardaya müxtəlif mövqelərdə şans verdiyi vurğulanır. Transfer xəbərlərində “Çelsi”nin yay transfer pəncərəsində Arda üçün rəsmi addımlar ata biləcəyi qeyd olunur.
İngiltərə və Avropa mediasında yer alan məlumatlara görə, “Real Madrid” Arda Güləri asanlıqla buraxmaq niyyətində deyil. Bununla belə, klubun təxminən 100 milyon avro səviyyəsində təklif gələcəyi halda danışıqlara açıq ola biləcəyi iddia edilir.
Arda Gülər “Real Madrid”ə transfer olunduğu gündən etibarən Avropanın ən perspektivli gənc futbolçularından biri kimi tanınır. Son illərdə gənc futbolçulara böyük sərmayələr yatırması ilə seçilən “Çelsi”nin Arda ilə maraqlanması da bu baxımdan təəccüblü qarşılanmır.
Bununla belə, bu transferin reallaşmasının asan olmayacağı bildirilir. “Çelsi”nin marağı rəsmi təklif mərhələsinə keçsə belə, yekun qərarın Madrid klubunun mövqeyindən asılı olacağı bildirilir.
Musavat.com