Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyənin zəlzələ bölgəsində çətin vəziyyətdə qalan azərbaycanlı tələbələr vətənə gətirilib.
Sozcu.info xəbər verir ki, 102 tələbə Türkiyədən Naxçıvana, oradan isə təyyarə ilə Bakıya yola düşüblər.
Tələbələrin vətənə rahat dönməsi üçün onları xüsusi nümayəndə heyəti müşayiət edib.
Kimi həsrətlə övladını, kimi isə qardaş və bacısını gözləyir. Türkiyənin zəlzələ bölgəsindən gələn tələbələr hava limanında belə qarşılandı. Prezident İlham Əliyevin tapşırığı ilə Elazığ bölgəsində baş verən zəlzələ ilə əlaqədar çətin şəraitdə qalan azərbaycanlı tələbələr ölkəmizə gətirilib.
Övladlarına görə nigaran qalan valideynlərin sevincinin həddi hüdudu isə yox idi.
Ölkə başçısının tapşırığı ilə zəlzələ bölgəsində təhsil alan tələbələr xüsusi nümayəndə heyətinin nəzarəti ilə Naxçıvana, oradan isə Bakıya gətirilib.
Tələbələrlə Təhsil Nazirliyinin psixoloq qrupu tərəfindən xüsusi söhbətlər aparılıb. Onlar nazirlik tərəfindən təşkil edilən avtobuslarla evlərinə çatdırılıb.