Zəngilanlı qazi və döyüşçülərdən Anar Əsədliyə dəstək - FOTOLAR

 

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli Qarabağ müharibəsinin iştirakçıları ilə görüşüb. Qazilər və döyüş komandirləri Anar Əsədliyə seçki prosesində dəstəklərini göstərmək və onun yanında olduqlarını bəyan etmək üçün bir araya gəliblər.

Bu barədə deputatlığa namizədin rəsmi Feysbuk səhifəsində bildirilib:

"Qarabağ müharibəsinin iştirakçıları, ölkəmizin suverenliyi və ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda döyüşən Zəngilanımızın igid oğulları Anar Əsədliyə dəstəklərini ifadə etmək üçün bir araya gəldilər.

Qəhrəman qardaşlarımızın etimadını qazanmaq, dəstəyini görmək bizim üçün şərəfdir. Azərbaycanın üçrəngli bayrağının başımızın üstündə əzəmətlə dalğalananmasının səbəbkarı olan qazilərimiz və döyüş komandirlərimizlə qürur duyur, hər birinin şücaəti qarşısında baş əyir və yanımızda olduqları üçün təşəkkür edirik! İnda daha böyük inam və qətiyyətlə deyə bilərik ki, biz qazanacağıq!!!"



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}