"Əllərinizi qaldırın, bu saatı haradan alıbsan?" — Heydər Əliyevin Kəmaləddin Heydərova İRADI (VİDEO)

"Əllərinizi qaldırın, bu saatı haradan alıbsan?"

 

"Məktəbə gələn qız niyə qızıl bilərzikdə gəlsin?”.


Sozcu.info  xəbər veirr ki, bu, mərhum Prezident Heydər Əliyevin bahalı saat gəzdirən məmurlarla bağlı iclasda səsləndirdiyi sözdür.


Mərhum Heydər Əliyev çıxışında bildirib ki, o vaxt qəzetdə çıxan xəbərlə bağlı araşdırma apardırıb. Hətta "raykom" katiblərini (indiki icra başçıları) divara dirəyib: "Onlara dedim ki, əllərinizi qaldırın, saatlarınıza baxacam, siz bunu necə alıbsız?".


Maraqlıdır ki, bu gün nəinki icra başçıları, deputatların çoxu, yaxud digər yüksək vəzifə sahiblərii, hətta övladları belə 1-2 milyonluq saat taxır, 100-300 minlik maşınlarla Bakı küçələrində şütüyür, xaricdə onlarla obyekt sahiblərinə çevriliblər, lakin bu barədə yazılanlara çox vaxt reaksiya verilmir... 


 Heydər Əliyev hətta bir dəfə iclasda indiki FHN rəhbəri Kəmaləddin Heydərovu qəfil ayağa qaldırıb "Deyəsən saatı yenə dəyişbsən" deyə, xəbərdarlıq edib.


Həmin iclası xatırlayanlar olar, yəqin. K.Heydərov çox gərgin vəziyyətə düşərək, hətta əllərini belə stolun altına soxmuşdu...


Həmin anın videosunu axtarsaq da, təəssüf ki, tapa bilmədik. Lakin aşağıda təqdim etdiyimiz digər videodakı iclasda da Heydər Əliyevin K.Heydərovu necə gərgin vəziyyətə saldığı faktı var...

 

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}